TOP 10

"Sumqayıt"ın Antalyadakı rəqibləri bilindi

Futbol
Tarix: 2019-01-10 14:15

"Sumqayıt"ın Türkiyənin Antalya şəhərində ikihəftəlik təlim-məşq toplanışında keçirəcəyi yoxlama oyunlarında rəqibləri müəyyənləşib. Sport24.az xəbər verir ki, Ayxan Abbasovun komandası ilk olaraq yanvarın 15-də Qazaxıstanın "Jetısu" klubuyla qarşılaşacaq.

 

Bundan 4 gün sonra Bosniya və Herseqovinanın "Çelik" klubuyla görüş olacaq. "Gənclik şəhəri"nin təmsilçisi yanvarın 22-də Makedoniyanın "Vardar" klubuyla oynayacaq. Nəhayət, yanvarın 26-da rəqib Serbiyanın "Zemun" klubu olacaq.

 

Qeyd edək ki, "Sumqayıt"ın Antalya toplanışı yanvarın 13-dən 27-dək baş tutacaq. 

 

 

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB