TOP 10

Növbə yeganə əcnəbimizə çatdı: Bordin Sport24.az-ın ənənəsini alqışladı

Futbol
Tarix: 2019-01-10 15:18

Axır ki növbə Topaz Premyer Liqasının (TPL) yeganə əcnəbi baş məşqçisinə çatdı. Bəli, söhbət ad günündən və Sport24.az-ın bununla bağlı təbrik ənənəsindən - tort təqdim etməsindən gedir. Bu gün doğum gününü qeyd edən "Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordinin 54 yaşı tamam olur.

 

Məlumdu ki, bu mərasimi adətən oyunsonrası mətbuat konfranslarında, necə deyərlər, isti-isti edirik. Ancaq Bordin elə bir tarixdə dünyaya gəlib ki, bu zaman Azərbaycanda rəsmi qarşılaşmaların keçirilmədiyi dəqiqdi. Elə bu mövsüm həmsoyadların - "Sabah"lı Elşad Əhmədovla "Keşlə"li Tərlan Əhmədovun ad günləri də məhz TPL-də fasilə müddətinə təsadüf etmişdi. Fasilə olan hallarda isə klubların düşərgələrinə baş çəkirik. Ancaq bu dəfə "Neftçi"nin bazasına yox, "Bakcell Arena"ya üz tutduq. Çünki "ağ-qaralar" ın öz stadionunda yeni sponsorla - "Meqa Sığorta"yla müqavilə imzalanma mərasimi keçirilirdi.

 

Təbii ki, Bordinin ad günü "Neftçi" tərəfindən diqqətdən kənarda qala bilməzdi və onun şərəfinə hazırlanan tortu yeni sponsorla birgə kəsdi. Bundan sonra ona ad günüylə bağlı daha bir tortun hazırlandığını, bu dəfə media tərəfindən olduğunu çatdıranda, onun üçün xoş sürpriz olduğunu diqqətimizə çatdırdı. Bordinə Sport24.az-ın ənənəsi haqda məlumat verdiyimiz zaman, bunun xoş hal olduğunu "bravo" kəlməsiylə ifadə etdi. Təbriklərimizi qəbul edən italiyalı mütəxəssisə digər həmkarları kimi uğurlar, həyatının bu tort kimi şirin olmasını arzuladıq. Bordin də öz növbəsində bu xoş sürprizə, ən əsası, diqqətə görə bizlərə - Sport24.az saytına dərin minnətdarlığını bildirdi, bu xoş ənənəni alqışladığını qeyd etdi. 

 

 

MEHMAN SÜLEYMANOV

 

22 Mart 2019
21 Mart 2019
B.eÇ.aÇC.aCŞB