TOP 10

“Neftçi” yeni sponsorla müqavilə imzaladı, Bordin sürprizlə üzləşdi - FOTOLAR

Futbol
Tarix: 2019-01-10 12:59

Bu gün "Neftçi" klubu ilə "Meqa Sığorta" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sport24.az xəbər verir ki, "Bakcell Arena"da keçirilən tədbirdə "Neftçi"nin prezidenti Kamran Quliyev, vitse-prezident Elnur Eyvazov, "Meqa Sığorta“nın İdarə Heyətinin sədr müavini Uğur İbrahimli, Marketinq və PR idarəsinin müdiri Emil Quliyev, komandanın baş məşqçisi Roberto Bordin, kapitanı Ruslan Abışov, vitse-kapitanı Emin Mahmudov, və mətbuat nümayəndələri iştirak ediblər.

 

Quliyev bu tərəfdaşlığın hər tərəf üçün faydalı olacağını bildirib: "Bu gün futbol ölkəmizdə ən kütləvi və ən çox maraq göstərilən idman növüdür. Klub olaraq güclənməyimiz və inkişaf etməyimiz üçün bu gün bir çox nüfuzlu şirkətlərlə əməkdaşlıq edirik. İnanıram ki, bu cür dəstəkləyicilərimiz daha da artacaq. Bu istiqamətdə fəaliyyətimizi davam etdiririk. Sevindirici haldır ki, bu gündən "Meqa Sığorta" şirkəti ilə də belə bir əhəmiyyətli əməkdaşlığın başlanmasına nail olduq. Əminəm ki, bu gün imzalanan müqavilə hər iki tərəf üçün xeyirli olacaq və gələcəkdə də davam etdiriləcək".

 

Klub prezidenti müqavilənin maliyyə tərəfləri barədə məlumat verməsə də, illik hesabatı açıqlayan zaman sponsorlardan gəlirləri də göstərəcəklərini diqqətə çatdırıb.

 

İbrahimli isə bildirib ki, bu əməkdaşlıq təmsil etdiyi şirkət üçün çox qururvericidir: "Neftçi" Azərbaycan futbolunun tarixidir və bu tarixdə öz adını yazmağa davam edir. Biz fəxr edirik ki, bu tarixin yazılmasında bizim də payımız olacaq. Şirkətimizin sosial məsuliyyət layihələrində idmana dəstək hər zaman mühüm yer tutub və məhz "Neftçi" ilə əməkdaşlığın əsas məqsədlərindən biri cəmiyyətimizi sağlam həyata yönləndirmək və futbolun kütləviliyini artırmaqdan ibarətdir. İnanıram ki, bu əməkdaşlıq hələ uzun müddət davam edəcək".

 

Eyvazov "Neftçi"dən öncə "Meqa Sığorta"da çalışdığını deyib: "Sevindirici haldır ki, bu cür müqaviləyə imza atdıq. Bildiyiniz kimi, mən özüm də daha öncə "Meqa Sığorta"da çalışmışam. Hər iki tərəf mənim üçün doğmadır və bu əməkdaşlıqdan hər iki tərəfin faydalanmasını istərdim".

 

Tərəflər 1,5 illik müqaviləyə imza atıblar. Razılaşmaya əsasən "Neftçi"nin əsas və əvəzedici heyətinin oyun formasının arxa hissəsində "Meqa Sığorta"nın loqosu əksini tapacaq.

 

İbrahimli üzərində "Meqa Sığorta" loqosu olan ilk "Neftçi" formasını bu gün 54 yaşı tamam olan baş məşqçi Roberto Bordinə hədiyyə edib. Təbirin sonunda üzərində "Neftçi" və "Meqa Sığorta"nın loqolarının əksinin tapdığı tort kəsilib.

 

 

Qeyd edək ki, bu, "Neftçi"nin 4-cü sponsorluq müqaviləsidir. Daha əvvəl Türk Hava Yolları, "Nike" və "Vita1000" şirkətləri ilə müqavilə imzalanıb.

 

19 Yanvar 2019
18 Yanvar 2019
B.eÇ.aÇC.aCŞB