TOP 10

Adeniyi Təmkinin gedişinə çox kədərlənib: "Başqa yerlərdə görmədiyimi "Qəbələ"də görürəm"

Futbol
Tarix: 2019-01-10 11:01

"Qəbələ"nin cari mövsümdə bombardiri yay transferi Ceyms Adeniyi olub. Albaniyanın "Skenderbeu" klubundan transfer olunan hücumçunun hesavında 7 qol var. Premyer Liqada 6, ölkə Kubokunad 1 dəfə fərqlənən Adeniyi ötən axşam məşqdən sonra Sport24.az-ın suallarını cavablandırıb.

 

- Qış tətilin necə keçdi?
- "Sabah"la Azərbaycan Kubokunda keçirdiyimiz yarımfinal mərhələsinin cavab görüşündən sonra Nigeriyadakı evimizə getdim, ailə üzvlərimlə görüşdüm. Əvvəlcə doğum günümü, sonra Milad bayramını və Yeni İli qeyd etdik. 

 

- Qış toplanışınız necə keçir?
- Hazırlığımız çox yaxşı gedir. Mövsümün növbəti bölümünə hazırlaşırıq. Ümid edirəm ki, keçirdiyimiz toplanışlar oyunlar zamanı özünü müsbət tərəfdən göstərəcək. 

 

- Mövsümün ilk yarısını özün üçün necə dəyərləndirərdin?
- Özüm üçün yaxşı keçdiyini deyə bilərdim. Amma bunu turnir cədvəlində hazırkı mövqeyimizə görə deyə bilmirəm. Hələlik "Qəbələ" yüksək yerlərdə deyil. Ümid edirəm ki, mövsümün ikinci yarısı həm özüm, həm də komandam üçün yaxşı keçəcək. 

 

- Hazırda 4-cü pillədə olan "Sabah" komandasının hələ 3 yaşının tamam olmaması səbəbindən avrokuboklara buraxılmayacağını nəzərə alsaq, 5-ci pillə də "Qəbələ"yə Avropa Liqasına vəsiqə verə bilər. Bu mənada hazırkı mövqeyi komandanız üçün qənaətbəxş saymaq olar?
- Xeyr, belə deməzdim. Mövsümün ilk yarısının mənim üçün elə də yaxşı keçmədiyini əbəs yerə demədim. Özünüz məşqimizi izlədiniz, hamının gərgin çalışdığını gördünüz. Bu da hamının "Qəbələ"nin ilk "3-lüy"ə yüksəlişini istəməsindən irəli gəlir. 

 

- İndiyədək çıxış etdiyin komandalar arasında "Qəbələ" hansı mövqeyi tutur?
- Mənim üçün "Qəbələ" super komandadı. Çünki başqa yerlərdə görmədiyimi burada görürəm. Hazırkı komandaya ötən yay keçənlər arasında ən sonuncusu sayılıram. Adətən, başqa klublarda yeni olduğunu hiss edirsən. Amma belə bir halı "Qəbələ"də hiss etmədim. Həm məşqçilər heyəti, həm futbolçular, həm də xüsusən azarkeşlər tərəfindən böyük sevgi ilə qarşılandım. Bunu sözlərlə deyə bilmirəm, yalnız hisslərlə ifadə etmək olar. Bu komandada olduğum üçün özümü xoşbəxt sayıram. 

 

- Lakin oyunlarınıza elə də çox azarkeş gəlmir. Yarıboş tribunalar önündə oynadıqda özünü necə hiss edirsən?
- Nəyə görə az tamaşaçının gəldiyini bilmirəm. Amma biz də istərdik ki, daha çox olsunlar. Çünki gəlişləri ilə çempionatın səviyyəcə yüksəlişində iştirak etmiş olurlar. Elə də yalnız öz üzərimizdə işləməklə inkişaf edə bilmərik. Bizə azarkeş dəstəyi də lazımdı. Oyunlarımıza çoxlu azarkeş gəlsə, özümüzü daha rahat hiss edə bilərik.    

 

- Qış fasiləsində komandamızı aparıcı oyunçularınızdan sayılan Təmkin Xəlilzadə də tərk etdi. Bu, sizə necə təsir etdi?
- Təmkinin gedişi xəbərini eşidəndə, çox kədərləndim. Yaxşı oyunçu idi. Həm müdafiədə, həm də hücumda bizə çox kömək edirdi. Digər tərəfdən, düşündüm ki, belə qərar veribsə, deməli, özü üçün daha yaxşı olacaq yerə gedib. Ona görə də bir qədər rahatlaşdım. 

 

- Bəs, özün necə: sərfəli təklif müqabilində "Qəbələ"ni tərk edərsən?
- Gələcək üçün bir söz deyə bilmərəm. Amma indiki məqamda "Qəbələ"də qalmaq istəyirəm. Hələ müqaviləmin sonuna 2,5 il var. Sözləşməmin sonunadək burada olmaq niyyətindəyəm.

 

- Amma ailə üzvlərinizdən uzun müddət kənarda yaşamaq sizə çətin deyil?
- Müddətin uzun olduğunu bilirəm. Amma özüm də, ailəm də buna öyrəşmişik. 5-6 aylıq aradan sonra tətil vaxtı gedib əzizlərimlə görüşürəm. Onlar da başa düşürlər ki, işim budur. Özüm də ailədən bu qədər ayrı qalmağa vərdiş etmişəm.

 

 

MEHMAN SÜLEYMANOV
 

19 Yanvar 2019
18 Yanvar 2019
B.eÇ.aÇC.aCŞB