TOP 10

Mehdi gəldi və ya "Qəbələ" üçün yeni hücumçu

Futbol
Tarix: 2019-01-10 10:42

"Qəbələ" paytaxtda gündə 2 dəfə olmaqla hazırlığını davam etdirir. Sport24.az xəbər verir ki, səhər məşqini trenajor zalında keçirən Sənan Qurbanovun komandası axşam Bakı Olimpiya Stadionunun ehtiyat meydanında məşqə çıxıb. 

 

Hazırlıq prosesində "qırmızı-qaralar"ın əsas komanda üzvləri ilə yanaşı, U-19-un dəvət olunmuş futbolçular da iştirak ediblər. Bundan başqa, hazırlığa baxışda olan futbolçu da qatılmışdı. Bu, əvvəllər "Qaradağ Lökbatan"da, son vaxtlar isə Türkiyənin BAL liqasında çıxış etmiş Mehdi Mehdiyevdi. 25 yaşlı yarımmüdafiəçi ilə bağlı Türkiyənin Antalya şəhərinə təlim-məşq toplanışına gedənədək qərar veriləcək.

 

"Qəbələ"də hələ ki fərdi məşq edən futbolçu da var. Bu, ötən ilin sonuna yaxın əməliyyat olunan, zədədən sonra bərpa dövrü keçən Roman Hüseynovdu. Gənc yarımmüdafəçinin Antalya toplanışında komandayla birgə hazırlaşacağı gözlənilir.

 

Serbiyalı Miloş Yevtiçin gedişindən sonra fiziki hazırlıq əsasən məşqçi Elmar Baxşıyevin nəzarəti altında keçir. Futbolçular məşqi ikitərəfli oyunla başa vurublar. Bu zaman sayı düzəltmək üçün qapıçı Murad Popov sahə oyunçusu qismində çıxış edib. Özü də Murad hücumçu kimi bombardirlik keyfiyyətlərini göstərməkllə diqqət çəkib.. Belə ki, gənc qapıçı het-trik edib. Bu, Popovun komanda yoldaşlarının da böyük marağına səbəb olub. Hətta fransalı hücumçu Stiven Monroz Muradın növbəti qolundan sonra sevinclə "Qəbələ" üçün yeni hücumçu" qışqırıb. Məlumdu ki, "Qəbələ" qış fasiləsində yeni hücumçu axtarışındadı. Bəlkə, elə ucaboylu Muradı hücumda oynadasınız, Sənan müəllim?

 

MEHMAN SÜLEYMANOV

 

 

22 Mart 2019
21 Mart 2019
B.eÇ.aÇC.aCŞB