TOP 10

Türkiyə klubu "Qəbələ"nin legionerini transfer edir

Futbol
Tarix: 2019-01-10 10:00

Türkiyənin "Dənizlispor" klubu "Qəbələ"nin futbolçusu Lalavele Atakora ilə maraqlanır. Sport24.az yerli mətbuata istinadən xəbər verir ki, "xoruzlar" Toqo millisinin üzvü olan sağ cinah oyunçusunun transferi istiqamətində fəaliyyətə başlayıb.

 

Belə ki, 29 yaşlı vingerin yenidən Türkiyəyə dönməyə müsbət yanaşdığı bəlli olub. Danışıqları davam etdirən "Dənizlispor"un bütün məsələləri yoluna qoyduğu və transferin gerçəkləşməsinin an məsələsi olduğu bildirilir.

 

Qeyd edək ki, Atakora bunadək 2 müxtəlif vaxtda Türkiyədə çıxış edib. Bu, 2013/14 mövsümündə "Balıkesirspor"da (icarə əsasında) və 2017/18 mövsümündə "Adana Dəmirspor"da olub. Lalavole 2018-ci il iyulunda "1+1 illik müqavilə bağladığı "qırmızı-qaralar"ın heyətində 12 oyuna 1 qol vurub.


 

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB