TOP 10

PSJ-ni də yarımfinala buraxmadılar

Dünya Futbolu
Tarix: 2019-01-10 02:09

Futbol üzrə Fransa Liqa Kubokunda 1/4 final mərhələsinin oyunları keçirilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.


Lion “Olimpik”i doğma meydanda “Strasburq”la qarşılaşıb. Üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə nəticələnib. Beləcə, Lion təmsilçisi mübarizəni dayandırmalı olub.


Qalan üç görüş son oyun gününə təsadüf edib. Liqa 1-də uğursuz mövsüm keçirən "Monako" "Renn" ilə görüşdə penaltilərlə mərhələ adlayıb. "Bordo" "Havr"la görüşdə minimal hesabla üstün olub.


"Genqam" ilə qarşılaşan PSJ isə böyük şok yaşayıb. Son dəqiqələrə qədər 1:0 öndə olan paytaxt təmsilçisi 81 və 90-cı dəqiqələrdə penaltidən buraxdığı qollarla mübarizəni dayandırmaq məcburiyyətində qalıb.


Fransa Liqa Kuboku
1/4 final

8 yanvar


Olimpik (Lion) – Strasburq 1:2


9 yanvar


Monako – Renn 1:1 (penaltilər 8:7)


Bordo – Havr 1:0


PSJ - Genqam 1:2

19 Yanvar 2019
18 Yanvar 2019
B.eÇ.aÇC.aCŞB