TOP 10

“Çelsi”yə qol vurdu, tarixə düşdü

Dünya Futbolu
Tarix: 2019-01-10 10:37

“Tottenhem” İngiltərə Liqa kubokunun yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində “Çelsi”ni 1:0 hesabıyla məğlub edib. Sport24.az xəbər verir ki, “Uembli” stadionunda keçirilən görüşdə yeganə qolun müəllifi olan Harri Keyn, adını “Tottenhem”in tarixinə yazdırıb. 


Belə ki, ardıcıl 5-ci mövsümdə bütün turnirlər daxil olmaqla, 20-dən çox qol vurmağı bacaran ingilis futbolçu, klub tarixində bu göstəriciyə nail olan ilk oyunçudu.


Keynin 27-ci dəqiqədə penaltidən fərqləndiyi qol, həm də onun “Tottenhem” klubunda vurduğu 160-cı qol olub. O, London təmsilçisində ən çox qol vuran futbolçular arasında 4-cüdü.


“Tottenhem”də klub tarixinin bombardiri isə 266 qolla Cim Qrizvadı.


“Çelsi”ylə “Tottenhem” arasında cavab matçı 22 yanvarda keçiriləcək.

22 Mart 2019
21 Mart 2019
B.eÇ.aÇC.aCŞB