TOP 10

“Mançester Siti”dən ilk oyunda 9 cavabsız qol

Dünya Futbolu
Tarix: 2019-01-10 01:45

Futbol üzrə İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.


“Tottenhem” doğma meydanda Londonun digər təmsilçisi “Çelsi” ilə üz-üzə gəlib. Paytaxt derbisində meydan sahibləri minimal hesabla qalib gəliblər.


Yarımfinalın digər cütündə turnirin sonuncu qalibi “Mançester Siti” “Barton”la üz-üzə gəlib. Elita təmsilçisi aşağı liqa təmsilçisini meydana çıxmağa peşman edib və cütün taleyinə elə ilk oyundaca aydınlıq gətirib.


İngiltərə Liqa Kuboku
Yarımfinalın ilk oyunları

8 yanvar


Tottenhem – Çelsi 1:0
Qol: H.Keyn, 27-pen.


9 yanvar


Mançester Siti - Barton 9:0
Qol: De Breyne, 5. Q.Xesus, 30; 34; 57; 65. Zinçenko, 37. Foden, 62. Uolker, 70. Mahrez, 83.

19 Yanvar 2019
18 Yanvar 2019
B.eÇ.aÇC.aCŞB