TOP 10

Dadaşovlu “Eştoril” evdə xal itirdi

Dünya Futbolu
Tarix: 2019-01-10 00:22

Futbol üzrə Portuqaliya Sequndasında 16-cı turun oyunları keçirilib. Sport24.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu Renat Dadaşovun formasını geyindiyi "Eştoril” də növbəti matçına çıxıb.


Sözügedən kollektiv doğma meydanda “Aroka”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 1:1.


Dadaşov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib. Millimizin forvardı 26-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.


“Eştoril” 16 oyuna topladığı 30 xalla 18 kollektiv arasında 3-cü pillədə qərarlaşıb.

19 Yanvar 2019
18 Yanvar 2019
B.eÇ.aÇC.aCŞB