TOP 10

Kamara "Keşlə" və futbolumuz haqda məlumatlı imiş: "Perspektivimi yüksək qiymətləndirirəm"

Futbol
Tarix: 2019-01-09 17:04

"Bu, "Keşlə"də ilk oyunum idi. Təbii ki, komanda üzvlərini meydanda yeni tanıyırdım. Fikrimcə, yaxşı matç alındı. Ümid edirəm ki, gələcəkdə də müsbət nəticəli oyunlar olacaq". Sport24.az xəbər verir ki, bunu "Keşlə"nin yeni transferi Con Kamara "Qaradağ Lökbatan"ı 4:0 hesabı ilə məğlub etdikləri yoxlama matçından sonra bildirib.

 

Syerra-Leone yığmasının yarımmüdafiəçisi Azərbaycan futbolu və "Keşlə" haqqında əvvəlcədən məlumatlı olduğunu söyləyib: "Çünki səhv etmirəmsə, vətənimdən 5 futbolçu Azərbaycanda oynayıb. Yeni komandamda möhkəmlənmək istəyirəm və bunun üçün lazımı motivasiyaya malikəm. Perspektivimi yüksək qiymətləndirirəm. Əsas heyətdə olmaq və komandaya köməklik göstərmək üçün əlimdən gələni edəcəm. Daha öncə Qazaxıstan Premyer Liqasında çıxış etmişəm. Hər zaman öz üzərimdə çalışmışam. İnanıram ki, yeni komandama əlimdən gələn köməyi göstərəcəm".

 

Qeyd edək ki, Con "Keşlə"dən öncə Qazaxıstanın "Kaysar" klubunda çıxış edib. 

 

 

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB