TOP 10

Kamran Ağayev "bədniyabət" olmağı düzgün saymır: "Komandanın kapitanı olsam da, belə şeylərə qarışmıram"

Futbol
Tarix: 2019-01-09 15:16

"Keşlə"nin Kamran Ağayev "Qaradağ Lökbatan"a 4:0 hesabı ilə qalib gəldikləri ilin ilk yoxlama matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sport24.az həmin müsahibəni təqdim edir...

 

- Bir kapitan kimi bu yoxlama matçını və komandanın qış hazırlığını necə dəyərləndirərdin?

- Bu, yeni ildə ilk  idi. Komandamızdakı dəyişikliklər göz önündədi Legionerlərin bir çoxu gedib, yeni gələnlər var. Artıq 5-ci gündür ağır məşqlər edirik v bu üzdən üəyyən yorğunluqlar hiss olunmaqdadı.

 

- 2018-ci il şəxsən özün üçün necə keçdi?

- İnsan uğursuz anlar yaşadıqda da şükr edir. Hər günümüzə şükr etməliyik. İdmanda hər vaxt uğur da olur, uğursuzluq da. Bu il gərək var gücümüzlə çalışaraq yaxşı nəticə əldə edək. Ötən mövsüm çempionatda zəif nəticəmiz olsa da, ölkə kubokunu qazanmışdıq. Bu il isə kubok mübarizəsindən kənarda qalmışıq. Çempionatda hazırda elə vəziyyətdəyik ki, hər şey özümüzdən asılıdı. Qarşıda bizi Antalya təlim-məşq toplanışı gözləyir. Bizim kimi bütün rəqiblərimiz də hazırlaşır. Görək, axırı necə olur...

 

- Qış fasiləsindən sonra komanda olaraq, daha yaxşı çıxış edə biləcəyinizi düşünürsən?

- İnam hər zaman olur. Bu, olmasa, iş görmək olmaz. Ümidsiz insana "bədniyabət" deyirlər. Antalyaya yaxşı hazırlaşmağa gedirik. Yaxşı oynamalıyıq ki, yaxşı nəticə də olsun. İdmanda təsadüfi məğlubiyyət olur, qələbə yox. 

 

- Komandaya yeni qoşulan futbolçular necə təsir bağışlayırlar?

- Vüsal İsgəndərli və Emin Mehtiyev tanıdığımız futbolçulardı. Con Kamara və digər legionerlər barədə isə indidən bir söz demək olmaz. Bunu zaman göstərər. İlk qarşılaşmadı, hamı yorğundur, ağır yüklənmələr var. Əsas odur ki, meydanda bir-birimizi başa düşək.

 

- Bəs, həmkarın Orxan Sadıqlının "Keşlə"dən ayrılmasını necə qarşıladın?

- Orxan çox yaxşı qapıçıdı. Ona hər bir komandada yer var. Amma biz futbolçuyuq, qərarı isə rəhbərlik verir. Komandanın kapitanı olsam da, belə şeylərə qarışmıram. Sadıqlının müqaviləsi pozulubsa, yəqin ki, hansısa kluba gedəcək. Futbolçu həyatı belədi ki, gün burdayamsa, sabah hər şey ola bilər.

 

 

24 Iyul 2019
23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB