TOP 10

"Səbail"də zədə qayğıları: "O, artıq yeriməyə başlayıb, oynaması ən yaxşı halda..."

Futbol
Tarix: 2019-01-09 12:00

"Korotetski hələ xeyli müddət oynaya bilməyəcək. O, cari mövsümün gedişində ağır zədələnərək Ankarada əməliyyat olundu. İqorun ön çarpaz bağları qırılıb. Bu zədəni alan zaman isə ən azı 5-6 ay gözləməlisən". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev bildirib.

 

Onun sözlərinə görə, uzun müddət vətənində olan ukraynalı mərkəz müdafiəçisi İqor Korotetskinin xidmətindən ən yaxşı halda cari mövsümün sonuna yaxın istifadə edə biləcəklər: "Ayağı bunadək gipsdə idi, artıq yeriməyə başlayıb. Ancaq Antalya toplanışına bizimlə qoşulmayacaq. Sadəcə, Bakıya gələrək burda bərpa prosesi keçəcək. Korotetskinin əməliyyatından 2 ay keçib. 4 ay tamam olanda həkimlər yavaş-yavaş qaçışa icazə verəcək. Bir sözlə, İqor ən yaxşı halda mövsümün sonunda bizə kömək edə biləcək".

 

Məlumdu ki, "Səbail"in cari mövsümün gedişində zədəylə bağlı problemləri yetərincə olub. Kapitan Eltun Yaqubluyla gürcü yarımmüdafiəçi Tamazi Tsetsxladze məhz bu səbəbdən bu mövsüm debüt edə bilməyiblər. "Dənizçilər" legionerə qış fasiləsində özünə klub tapmağı tövsiyə edib. Hacıyev ötən ilin son matçlarında isə gənc yarımmüdafiəçiləri - Vüqar Bəybalayevlə Fəhmin Muradbəylini zədə üzündən itirməli olub. Adıçəkilən yerli futbolçular artıq komandayla hazırlıqda iştirak edirlər: "Onlar toplu çalışmalara qarşıdakı günlərdə qoşula biləcəklər. Düşünürəm ki, Fəhminin qayıdışı daha tez olacaq. Vüqarın vəziyyətinə həkimin qərarına əsasən baxacağıq. Onun qasıq nahiyəsində ağırlar var. Amma məşq etməmiş heç nə deyə bilmərik. Gərək məşq etsin ki, vəziyyətinə baxaq. Türkiyədə məşqlərdə həkimlər deyəcəklər ki, Bəybalayev komandayla hazırlıqda olacaqmı. Eltonla bağlı da bir qədər gözləməli olacağıq".

 

Qeyd edək ki, Yaqublu ötən yay toplanışında aldığı ağır zədədən sonra Almaniyaya əməliyyat olunaraq 6 aydı bərpa prosesi keçir.

 

 

MEHMAH SÜLEYMANOV

25 Mart 2019
24 Mart 2019
B.eÇ.aÇC.aCŞB