TOP 10

"Sabah" kapitanını təbrik etdi - FOTOLAR

Futbol
Tarix: 2019-01-08 22:34

Antalyanın Lara bölgəsində təlim-məşq toplanışında olan “Sabah” hazırlığı davam etdirir. Sport24.az xəbər verir ki, Elşad Əhmədovun komandası gündə iki dəfə məşqə çıxır. Səhər fiziki məşq keçən Premyer Liqanın debütantının axşam saatlarında daha bir məşqi baş tutub.

 

 

Məşqdən sonra isə "Sabah" kapitanı Cavid İmamverdiyevin ad gününü qeyd edib. Bu, səbəbkarın şərəfinə kəsilən tortla şirin masa ətrafında olub. Millimizin də üzvü olan yarımmüdafiəçi 29 yaşının tamam olması qeyd edib.

 

Qeyd edək ki, "Sabah" Antayada olduğu 6 gün ərzində 3-cü futbolçusunun ad günüdü. Bunadək gənc yarımmüdafiəçi Elgün Nəbiyevlə serbiyalı qapıçı Saşa Stamenkoviçin doğum günləri olmuşdu. 

 

 

24 Iyul 2019
23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB