TOP 10

Zaur Həşimov “Qəbələ”də – RƏSMİ

Futbol
Tarix: 2019-01-08 15:56

2018/19 mövsümünün ikinci yarısına hazırlığı Bakıda davam etdirən “Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik baş verib. Sport24.az xəbər verir ki, Zaur Həşimov “qırmızı-qaralar”ın məşqçisi təyin olunub.

O, Sənan Qurbanovun rəhbərlik etdiyi məşqçilər korpusunda yer alıb. 38 yaşlı məşqçi ilə ilyarımlıq müqavilə imzalanıb.

 

Həşimov futbolçu karyerası ərzində “Şəfa”, “İnter”, “MKT-Araz”, “Xəzər Lənkəran”, “Qarabağ”, “Sumqayıt”da, həmçinin Azərbaycanın əsas və aşağı yaş qruplarında çıxış edib.

“Qəbələ”nin yeni çalışdırıcısı bunadək “Qarabağ” və “Zirə”də məşqçi, Azərbaycanın U-18 yığmasında baş məşqçi kimi fəaliyyət göstərib.

15 Iyun 2019
14 Iyun 2019
B.eÇ.aÇC.aCŞB