1148
1137
1090
1047
1040
1014
1008
996
994
988
1261
1148
1144
1137
1112
1095
1090
1066
1064
1056
“Qarabağ”ın 27 yaşlı yarımmüdafiəçisi Araz Abdullayev Londonda “Arsenal”a qarşı Avropa Liqası matçında qondarma Qarabağ bayrağı ilə meydana çıxan erməni təxribatçısına reaksiya göstərmədiyinə görə, xeyli tənqid olundu. Dekabrın 13-də baş tutan matçdan 1 aya yaxın vaxt ötsə də, Abdullayevin baş verənlərə münasibətini öyrənmək mümkün olmurdu. Ancaq Araz nəhayət, sükutu pozdu. Sport24.az-a verdiyi müsahibədə Abdullayev həm mövsümün ilk yarısını qiymətləndirdi, həm də gündəmdən düşmək bilməyən suala aydınlıq gətirdi.
- Mövsümün ilk yarısını necə dəyərləndirərdin? Ümumiyyətlə, bu zaman kəsiyi yeni komandana adaptasiya olmağına kifayət etdimi?
- Ağır keçdi. Həm avrokubolarda oynadıq, həm də millidə xeyli sayda matçda meydana çıxdıq. Özümə gəlincə, komandaya maksimum tez adaptasiya olmağa çalışdım. Bunun necə alındığını deyə bilmərəm. Kənardan daha yaxşı görünür. Bir daha təkrar edirəm, mövsümün ilk yarısı çox ağır idi. Mövsümün ikinci yarısına yaxşı hazırlaşmağa çalışacağıq ki, qışdan sonra uğurlu olaq.
- Hazırda turnir cədvəlində “Neftçi”dən arxadasınız. Bu faktor daha əzmlə hazırlaşmağınıza təsir edəcəkmi?
- Bu fikirlə razılaşmıram. Çünki bütün rəqiblərə ciddi yanaşmalıyıq. Hər bir oyuna 3 xal arxasınca çıxmalıyıq.
- Ancaq qış fasiləsindən sonra ilk oyununuzu “Neftçi”yə qarşı keçirəcəksiniz. Həmin “Neftçi”yə ki, cari mövsümdə üzərində qələbə qazana bilmədiyiniz yeganə komandadı…
- Bu görüşə xüsusi motivasiya ilə çıxmayacağıq. Bizim üçün hər bir oyun vacibdi və hər birində qalib gəlmək istəyirik. Tək “Neftçi”ylə yox, bütün bundan sonrakı görüşlərdə də ancaq 3 xal barədə düşünməliyik.
- Londona qayıdaq. Hadisənin episentrində olan Rəşad Sadıqov da bununla bağlı mediaya danışdı, digər komanda yoldaşların da. Ancaq sən susmağı üstün tutdun. Hərçənd, hadisə yerinə hamıdan yaxın olanlardan biri idin…
- Fikrim tam olaraq oyunda idi. Həmin meydana daxil olmasını kim gözləyə bilərdi? Axı, “Emirates”də hansısa kənar şəxsin meydana daxil olmasına necə imkan verilə bilər ki, buna da hazır olasan? Vəziyyət ani baş verdi. Üstəlik, ona tərəf baxdığım anda həmin alçağın əlindəki bayrağı görməmişdim. Bəli, şəkildə elə düşüb ki, guya bayraq əlində mənim qarşımdan keçir. Ancaq rakurs elə düşüb. Əslində isə çox gec gördüm. Həmin anda isə təhlükəsizlik xidmətinin əməkdaşları onu zərərsizləşdirmişdilər.
- Buna baxmayaraq, ciddi tənqidə məruz qaldın...
- Bu cür hadisə həyatımda ilk dəfə baş verirdi. Nədənsə qorxan, çəkinən deyiləm. Qarşılaşmanın son dəqiqələri gedirdi və bütün diqqətim oyunda idi. Bu cür hal təkrarlansa, buna dərhal, özü də ən kəskin şəkildə reaksiya verəcəm.
CEYHUN ƏLİYEV
12:00 Avroliqada sonuncu turun ən yaxşısı adına 4 namizəd
11:46 Qara üçün qara nəticə
11:00 "Qarabağ" ın qrup qazancı bilindi
10:50 Millimizin baş məşqçisi "Extra Time"da danışacaq
10:45 “Bavariya”dan Kinqsli Komanla bağlı açıqlama
10:04 ABŞ-da ilin ən yaxşı futbolçusu bəlli oldu
10:00 Azərbaycanın UEFA reytinqində itirdiyi şans
09:47 AFFA İcraiyyə Komitəsinin iclası keçirilir: Yurçeviçlə "Qəbələ"nin gələcək taleyinə aydınlıq gəlir
09:33 UEFA türk futbolçuların əsgər salamı ilə bağlı qərarını açıqladı
02:09 Avroliqada qrup mərhələsi yekunlaşdı - “Başakşəhər” pley-offda!
01:10 Qurban Qurbanov ili "Qarabağ" üçün uğursuz saymağın düzgün olmadığını hesab edir: "Hamımız üçün yaxşı olmayan nəticə ilə qrupu başa vurduq"
01:05 Rəşad Sadıqov millinin baş məşqçi postunda görmək istədiyi mütəxəssisi açıqladı: "Fasilədə Qurban Qurbanov bizi sərt şəkildə tənqid etdi və tələb elədi ki..."
00:49 Qara Qarayev "Qarabağ"ın budəfəki qrupda çox şey edə bildiyini sayır: "Bəlkə də həyatımın ən çətin 45 dəqiqəsi idi"
00:25 "Düdelanj"ın baş məşqçisi nəticəyə görə təəssüflənir: "Qarabağ" kimi komandaya qarşı bu cür oynadığımız üçün fəxr edirik"
23:45 “Qarabağ” Avroliqanı heç-heçə ilə tərk etdi
21:34 Super Liqada 10-cu turun oyun cədvəli açıqlandı
20:01 İsa Həsənli İsraildə medalsız qaldı
19:21 “Bavariya” ÇL-də ilkə imza atdı
18:30 ÇL-də son turun rəmzi komandası - FOTO
18:06 AFFA-dan İK-nin iclasıyla bağlı KİV üçün məlumat
18:00 Balayevin meneceri Avropadan aldıqları təklifləri açıqladı: "Tobol"un prezidenti məni əmin etdi ki, yeni baş məşqçiləri erməni olsa, Emili..."
17:50 Eyni rəqiblər yenidən 1/4 finalda üz-üzə
17:24 “Sumqayıt”la kubok matçına hazırlıq davam edir
17:00 Yığmamızın Minsk toplanışı davam edir - VİDEO
16:28 Buffon ÇL-də 2-ci oldu
16:07 Vaqif Sadıqov Yurçeviçli millimizlə bağlı bütün müsbət və mənfi məqamları İK-da qeyd edəcək: "İclasda çoxlu dəlil gətirəcəm ki..."
15:40 Azərbaycan çempionatına start verilir
15:19 Almeydanı əsas təhlükə sayan və komandasının ölmədiyini göstərmək məcburiyyətində olan
15:06 Qurban Qurbanov ilin məşqçisi seçildi - 10-cu dəfə
15:05 ÇL: 1/8 final mərhələsinin püşkatmasının vaxtı bilindi
14:55 Abdullayev "Qarabağ"ı formal matça motivasiya edən amilə toxundu, boş tribunalara hazır saydı: "Əminəm ki, "Düdelanj" məğlub ediləcək!"
14:25 “Bavariya”nın futbolçusu yenidən zədələndi
13:27 “Birmingem”in baş məşqçisindən Beqoviçlə bağlı açıqlama
13:00 "Keşlə" millimizin futbolçusunu hədəfə aldı
12:42 ÇL-də həftənin ən yaxşısı adına 4 namizəd
12:24 "Qarabağ" - "Düdelanj" matçı onun şərhində - FOTO
12:21 “Atalanta”dan tarixi uğur
12:00 "Qarabağ"la oyunda telefon və ya ratsiya ilə göstəriş verməli olacaq
11:50 “Barselona”nın istədiyi futbolçu ilə yeni müqavilə
11:30 Region Liqasında ikiqat çempion yenə darmadağın etdi, zirvəni qaytardı
11:24 Ardıcıl 4-cü dəfə ayın ən yaxşı futbolçusu seçildi
11:00 Bundesliqa klubunda yeni müqavilə
10:40 "Qarabağ"ın futbolçusunun cəzası yüngülləşdirildi
10:31 “İnter”in 12 milyon avroluq itkisi
10:00 "Şerif"in Ağabala Ramazanova təklifinin detalları: "Onu 1 il oynadıb Avropaya çıxarmağı söz verdilər"
09:27 Klublararası dünya çempionatı başladı
02:12 ÇL-də qrup mərhələsinə yekun vuruldu
‹ | › | |||||
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |