TOP 10

Əhmədov baxışdan keçirdikləri legionerə qiymət verdi: "Bəlkə 1 oyun da bəs edər"

Futbol
Tarix: 2019-01-06 10:18

"Yanvarın 2-dən Antalyada təlim-məşq toplanışındayıq. Bura gələn günü yağış oldu, çölə çıxıb məşq edəsi hava deyildi. Bu üzdən oteldə fitnes çalışmaları etdik. İkinci gün yenə yağış bizi "tutdu". Buna baxmayaraq, hazırlıq planını pozmadıq, meydançada məşq edə bildik. Artıq havalar qaydasına düşüb və son 2 gündə hazırlığımız plan üzrə gündə 2 dəfə olmaqla gedir". Bu fikirləri Sport24.az-a açıqlamasında "Sabah"ın baş məşqçisi Elşad Əhmədov bildirib. 

 

Topaz Premyer Liqa təmsilçilərindən ilk olaraq hazırlığa başlayan, Türkiyənin təlim-məşq toplanışına yollanan debütant olub. Əhmədov 36 yaşlı bombardiri Marko Deviçdən başqa bütün futbolçuların təlim-məşq toplanışında iştirak etdiyini diqqətimizə çatdırıb: "Deviç isə gələn həftənin əvvəlində düşərgəmizə gələcək. Yavnarın 7-də onlarda dini bayramdı. Marko bununla əlaqədar icazə alıb, bayramdan sonra komandaya qoşulmalıdı. Digər legionerimiz Erik Ramos isə yağışlı günlərdən sonra qrip olduğundan son məşqləri buraxıb. Sabahdan yenidən hazırlığa qatılacaq".

 

Artıq "Sabah"ın düşərgəsində baxışda olan legioner də var. Bu, anqolalı hücumçu Aleksandr Kristavaodu. Əhmədov son mövsümü Polşanın "Zaqlembe" klubunda keçirən 25 yaşlı forvardla bağlı təəssüratlarını bölüşüb: "O, sizə dediyim 4 hücumçudan biridi. Aleksandırın oyunlarının videoyazılarına baxmışdıq, Canlı görmək istəyirdik, buna görə də baxışa çağırdıq. O da sağ olsun, razılaşdı, gəldi. İlkin təəssürat kimi məşqlərdə pis görsənmədiyini deyə bilərəm. Ancaq əlbəttə, oyunlarına baxsaq, səviyyəsini daha yaxşı görərik. Ancaq indidən dəqiq deyə bilmərəm ki, anqolalıya necə qarşılaşmada baxıb qərar verəcəyik. Bu, bir oyun da ola bilər, iki oyun da, üç oyun da. Gedişat bunu göstərər. Tam baxmaq üçün bəlkə 1 oyun da bəs edər. Digər 3 hücumçu ehtiyat variant kimi qalır".

 

 

MEHMAN SÜLEYMANOV

23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB