TOP 10

Şəhriyar Məmmədyarov dünyada mövqeyini qorudu

Şahmat
Tarix: 2019-01-01 18:42

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yanvar ayı üçün reytinq siyahısını açıqlayıb Sport24.az xəbər verir ki, dekabr ayı ilə müqayisədə azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov 3-cü pillədəki (2817) yerini qoruyub.

 

33 yaşlı şahmatçımız birinci pillədəki dünya çempionu Maqnus Karlsendən  (Norveç, 2835) 18, Fabiano Karuanadan isə (ABŞ, 2828) 11 xal geri qalır.

 

Siyahıda digər şahmatçılarımız Teymur Rəcəbov 14-cü (2757), Arkadi Naydiç 21-ci (2734), Rauf Məmmədov 42-ci (2703), Eltac Səfərli (2681) 62-ci,  Qədir Hüseynov (2664) isə 81-ci pillədə yer alıb.

 

Qadın şahmatçıların siyahısında Günay Məmmədzadə (2422) 49-cu, Xanım Balacayeva 65-ci (2397), Gülnar Məmmədova isə 2368 xalla 99-cudu.

 
22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB