TOP 10

Şəhriyardan DÇ-də gümüş medal

Şahmat
Tarix: 2018-12-29 00:13

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın Sank-Peterburq şəhərində keçirilən dünya çempionatında rapid növü üzrə gümüş medal qazanıb. Sport24.az xəbər verir ki, yarışın son günündə 3 qələbə, 2 heç-heçə edən 33 yaşlı qrossmeyster xallarını 10,5-ə çatdırıb. Onun son turda heç-heçə etdiyi rusiyalı Daniel Dubov isə 11 xalla dünya çempionu olub. Bürünc medala 10,5 xalla ABŞ təmsilçisi Hikaru Nakamura sahib çıxıb. 


Azərbaycanın digər kişi şahmatçılarına gəldikdə, Qədir Hüseynov 9 xalla 37-ci, Rauf Məmmədov 8 xalla 77-ci olub. 


Qadınların mübarizəsində isə Gülnar Məmmədova 7,5 xalla 18-ci, Günay Məmmədzadə 7 xalla 39-cu yeri tutub. Hərəyə 5,5 xal yığan bacılardan Zeynəb Məmmədyarova 76-cı, Türkan Məmmədyarova 79-cu olub. 


Çinli Tsyuy Ventszyun 10 xalla dünya çempionu adını qazanıb. İranlı Sarasadat Xademəlşəriyə 9 xalla gümüş, eyni xala malik rusiyalı Aleksandra Qoryaçkina bürünc medal əldə edib.

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB