TOP 10

AFFA millinin yeni baş məşqçisini müəyyənləşdirdi

Futbol
Tarix: 2018-12-28 16:44

AFFA 21 yaşadək futbolçulardan ibarət yığma komandaya (U-21) yeni baş məşqçini müəyyənləşdirib. Sport24.az xəbər verir ki, Məşqçilər Komitəsinin və baş katibliyin birgə fəaliyyəti çərçivəsində U-21-in baş məşqçisi vəzifəsinə müxtəlif mütəxəssislərin namizədliyi müzakirə olunub və həmin məşqçilərlə görüşlər keçirilib.

 

Hazırda U-21-in baş məşqçisi vəzifəsinə namizəd serbiyalı mütəxəssis Milan Obradoviçdi. Bütün şərtlərlə bağlı qarşılıqlı razılıq əldə ediləcəyi təqdirdə, Azərbaycan U-21 millisinin baş məqşçisi vəzifəsi Məşqçilər Komitəsinin təqdimatına əsasən 41 yaşlı Obradoviçə həvalə olunacaq.

 

Qeyd edək ki, serbiyalı mütəxəssisin son iş yeri əsas yığmada baş məşqçinin köməkçisi vəzifəsi olub. 

 

23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB