TOP 10

"Keşlə"də daha 3 vidalaşma: "Ondan şikayət çox idi, yola saldıq, getdi"

Futbol
Tarix: 2018-12-24 09:54

"Keşlə" heyətində "təmizləmə əməliyyatı"nı davam etdirir. Komandanın baş məşqçisi Tərlan Əhmədov Sport24.az-a daha 3 futbolçuyla yolların ayrılmasıyla bağlı məlumat verib.

 

Ancaq bu dəfə növbə yerli futbolçularındı: "Elnur Cəfərovla müqavilə, ümumiyyətlə, birtərəfli şəkildə pozuldu. Çünki əvəzedici heyətdə də məşqə gəlmirdi. Ondan şikayət çox idi, yola saldıq, getdi. Qalıb Vaqif Cavadovla Məmməd Quliyev ki, onların da xidmətində maraqlı olmadığım hadqa rəhbərliyə demişəm. İndi rəhbərliklə həmin 2 futbolçu arasında müqavilələrin qarşılıqlı razılıqla pozulmasıyla bağlı danışıqlar gedir. Vaqiflə Məmməd də yola salınmalıdı. Buunla da komandadan göndərilən futbolçular yekunlaşacaq".

 

Adıçəkilən yarımmüdafiəçilərdən Məmməd nadir hallarda meydana çıxırdısa, Vaqif son 1 ildə şərəfini qoruduğu "Keşlə"də əsas heyətdə yerini möhkəmlədə bilmədi. Elnur isə Əhmədovun "Neftçi"də də futbolçusu olub və intizamsızlıqla yadda qalaraq əvəzedici heyətə göndərilmişdi. 

 

Qeyd edək ki, Azərbaycan Kubokunun son qalibi 3 legioneri - qambiyalı Ebrima Sohna, özbəkistalı Bahodir Nəsimov və yunanıstanlı Georgios Georgiadislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib. Kamerunlu Herve Tçami ilə klub arasında müqavilənin müddəti başa çatıb və onunla işbirliyinin uzadılmaması barədə qərar qəbul olunub.

 

 

MEHMAN SÜLEYMANOV

 

 

23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB