TOP 10

Kişi voleybolçular arasında yeni mövsüm başladı

Voleybol
Tarix: 2018-12-23 18:25

Voleybol üzrə kişilər arasında I Liqa start götürüb. Sport24.az xəbər verir ki, çempionatın birinci turunda 3 oyun keçirilib.

 

Ümumilikdə 9 komandanın mübarizə apardığı yarışda ilk olaraq meydana "U-16" və "UNEC" kollektivləri çıxıblar. 4 hissə davam edən görüşdə universitet təmsilçisi 3:1 hesablı qələbəyə sevinib.

 

Günün ikinci matçında "Sumqayıt" və "Hərbi Akademiya" üz-üzə gəlib. Gərginliyi ilə yadda qalan bu oyunda Sumqayıt komandası meydandan 3:2 hesablı qələbə ilə ayrılıb.

 

Turun son qarşılaşması "Masallı" və "Taleh" arasında baş tutub. 4 set davam edən bu görüşdə ikincilər 3:1 hesabı ilə qalib gəliblər.

 

I Liqa

I tur

"U16" - "UNEC" 1:3 (20:25, 25:19, 13:25, 14:25)

"Sumqayıt" - "Hərbi Akademiya" 3:2 (23:25, 25:23, 14:25, 25:19, 15:11)

"Masallı" - "Taleh" 1:3 (19:25, 26:24, 18:25, 14:25)

 

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB