TOP 10

"Qəbələ" "Qarabağ"dan ayrılan futbolçunu Antalyaya aparacaq

Futbol
Tarix: 2018-12-23 13:00

"Qəbələ" Rövlan Muradovu geri qaytarıb. Komandanın baş məşqçisi Sənan Qurbanov Sport24.az-a açıqlamasında 19 yaşlı hücumçunun qış fasiləsindəki hazırlıqda iştirak edəcəyini bildirib.

 

Rövlanın Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışına aparılması nəzərdə tutulub: "O, müqaviləylə bizə məxsusdu. "Qarabağ"la icarə müqaviləsinə xitam verildikdən sonra sıralarımıza qayıdıb və onu da Türkiyə toplanışımıza aparacağıq. Antalyaya minimum 20 futbolçuyla yollanacağıq. Cari mövsümdə heyətimizdə olan gənc futbolçular da bu toplanışda olacaq. U-19 komandamızdan bir neçə futbolçunu da götürmək istəyirəm. Bunlar U-19 yığmamızın da üzvləri olan İdris İnqilablı, Rüstəm Nuriyev, Samir Qurbanovdu. Ancaq bildiyimə görə, onların yanvarda yığmayla xaricdə hazırlıq prosesi olacaq. U-19-un baş məşqçisi Vüqar Məmmədlə bu məsələni danışacağam".

 

Qeyd edək ,"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan Muradov ötən mövsümü icarə əsasında Çexiyanın "Slaviya" klubunun U-21 komandasında keçirib.

 

MEHMAN SÜLEYMANOV

23 Sentyabr 2019
22 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB