TOP 10

“Neftçi”nin hədəfi: Gürcüstan millisinin yarımmüdafiəçisi

Futbol
Tarix: 2018-12-18 19:48

“Neftçi”nin qış fasiləsində transfer etmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. Sport24.az-ın əldə etdiyi məlumata görə, Topaz Premyer Liqasının fasiləsinə lider kimi yollanan “ağ-qaralar” Gürcüstan millisinin yarımmüdafiəçisi Nika Kvekveskirinin xidmətində maraqlıdırlar.

 

2015-2016-cı illərdə Bakının “İnter”, 2016-2017-ci illərdə “Qəbələ”dəki çıxışları ilə azərbaycanlı futbolservərlərə yaxından tanış olan 26 yaşlı futbolçunun son komandası Qazaxıstanın “Tobol” klubu olub. Müqavilə müddəti başa çatan Kvekveskiri bu təklifə isti yanaşır. 

 

Hazırda danışıqlar davam edir və tərəflər maddi məsələlərdə ortaq məxrəcə gələcəkləri təqdirdə Gürcüstan yığmasında 9 oyun keçirmiş futbolçuyla 1,5 illik müqavilə imzalanacaq.
 

24 Iyul 2019
23 Iyul 2019
B.eÇ.aÇC.aCŞB