TOP 10

Azərbaycan boksçuları Rusiyadan 3 medalla qayıdır

Boks
Tarix: 2018-12-17 18:51

Rusiyanın Xantı-Mansiysk şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku keçirilib. Sport24.az xəbər verir ki, 16-cı dəfə təşkil edilən yarışda Azərbaycan millisinin boksçuları da güclərini yoxlayıblar.


Təmsilçilərimizdən Məhəmməd Abdullayev turniri qızıl medalla başa vurub. +91 kq çəki dərəcəsində mübarizə aparan idmançımız finalda fransalı Camili Aboudo-Moindzeni 5:0 (30:27, 30:27, 29:28, 30:27, 30:27) hesabı ilə məğlub edib.


Abdullayevlə yanaşı, Məsud Yusifzadə (52 kq) və Rauf Rəhimov (81 kq) da fəxri kürsüdə yer alıblar. Boksçularımız yarışı 3-cü pillədə başa vurublar. Onlar yarımfinalda müvafiq olaraq, rusiyalı Bator Saqulayev (1:4) və fransalı Ntambve Qaetana (0:5) uduzublar.


Beləliklə, Neft Ölkələrinin Dünya Kubokunda 1 qızıl və 2 bürünc medal qazanan kişilərdən ibarət yığmamız komanda hesabında 3-cü yeri tutub. Ev sahibi Rusiya isə həm kişilərin, həm də qadınların mübarizəsində birinci olub. Onlar 16 ölkənin qatıldığı turnirdə 32 (10-9-13) medala yiyələniblər.

CBCsport
02 Iyun 2020
01 Iyun 2020
B.eÇ.aÇC.aCŞB