TOP 10

Rekordçu Syomin Azərbaycanda bacarmadığına Rusiyada nail oldu

Futbol
Tarix: 0000-00-00 00:00

Rusiya kubokunun qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu, "Lokomotiv" klubu olub. Moskva təmsilçisi Premyer Liqada rəqiblərindən olan "Ural"la Soçidə keçirilən final oyununda 2:0 hesabı ilə qalib gəlib. 

Bununla da Syomin məşqçilik karyerası ərzində 5-ci dəfə Rusiya kubokunun qlaibi olub.  Bu, onun vətənində həmkarları arasında rekord göstəricidi. 

Maraqlııd ki, 70 yaşlı mütəxəssis bunların hamısına indiki klubu ilə nail olub. O, Rusiya kubokunu növbəti dəfə qazanmaq üçün 16 il gözləməli olub.  

Syomin məşqçi kimi sonuncu mükafatını isə Azərbaycanda qazanmışdı. Bu, "Qəbələ" ilə 2013/14 mövsümündə çempionatımızın bürünc medalı, habelə Azərbaycan kubokunun finalçısına verilən gümüş medal idi. Göründüyü kimi, Syomin 3 ilik fasilədən sonra yenidən mükafatçı olub. Sadəcə, bu, titul olub və o, ölkəmizdə bacarmadığını vətənində həyata keçirib. 
 

19 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB