TOP 10

Rəşad Sadıqov dünənki erməni təxribatı barədə: “Dərhal ona tərəf qaçdım ki, həmin əski parçasını əlindən alım”

Futbol
Tarix: 2018-12-14 11:56

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov ötən gecə Avropa Liqasının qrup mərhələsinin son turunda “Arsenal”la matçın əlavə olunmuş dəqiqəsində tanınmayan DQR bayrağı ilə meydançaya çıxan erməniyə hücum çəkib. Sport24.az-a danışan 36 yaşlı müdafiəçi həmin anı belə xatırlayıb:

 

“Birdən “Arsenal”ın qapısı tərəfdən tanınmayan respublikanın bayrağı ilə təxribatçının bizim tərəfə qaçdığını gördüm. Məsafə 80-90 metr idi. Dərhal ona tərəf qaçdım ki, həmin əski parçasını əlindən alım. Ancaq qarşımı stüardlar kəsdi, hansıların ki, həmkarları onu artıq saxlayıb meydandan kənarlaşdırırdılar. Ona yaxınlaşmağıma imkan vermədilər. Bu aşkar təxribat idi və biz bunu aradan qaldırmalı idik”.
 

22 Mart 2019
21 Mart 2019
B.eÇ.aÇC.aCŞB