TOP 10

Elçin Dərgahquliyev: “Səviyyə fərqi özünü göstərdi”

Futbol
Tarix: 2018-12-06 15:57

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Sumqayıt”a uduzan "Qaradağ Lökbatan"ın baş məşqçisi Elçin Dərgahquliyev mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, o, komandasının 0:4 hesablı məğlubiyyətini belə şərh edib:


- Səviyyə fərqi özünü göstərdi. Əksər futbolçularımız 1998 təvəllüdlülərdi. Buna baxmayaraq, Premyer Liqa təmsilçisinə müqavimət göstərməyə çalışdıq. Müdafiə xəttindən narazı qaldım. Ancaq bu cür hesabı gözləyirdim.


- "Kəpəz"lə oyundan sonra istefa verdiyinizi bildirmişdiniz. Ancaq sonradan fikrinizdən daşındınız. İstefa qərarı özünüzə aid idi, yoxsa rəhbərlik istəmişdi?
- Qərarı özüm vermişdim. Ancaq sonradan rəhbərliklə görüşdük. Dedilər ki, döyüşkən kollektiv yarat. Mən də bu yöndə işini davam etdirirəm. Məqsədimiz ilk 6-lığa düşməkdi.
 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB