TOP 10

Azərbaycan Kubokunda 5 ildən sonra

Futbol
Tarix: 2018-12-06 15:00

Azərbaycan Kubokunda son 5 mövsümdə rekord yenilənib. Sport24.az xəbər verir ki, turnirdə 2013/14 mövsümündən bu yana ən erkən qol vurulub.

 

Bu, 1/8 final mərhələsində Ağsuda qeydə alınıb. "Sabah"ı "Ağsu"yla səfər matçına kapitan kimi çıxaran Bəxtiyar Soltanov 6-cı dəqiqədə hesabı açıb. Bu, ölkə Kubokunda yeni - 2018/19 mövüsümündə ilk qol olub.

 

Bunadək ilk qollar arasında ən erkəni 2013/14 mövsümündə olub. Bu, 1/16 finalda "Şuşa" - "Şahdağ" (Qusar) görüşündə (4:2) 3-cü dəqiqədə Elvin Adışirinliylə reallaşıb. Ondan sonra 4 mövsümdə belə erkən qol qeydə alınmamışdı.

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB