TOP 10

26-cı start: "Neftçi", "Qarabağ" və Qurban Qurbanov üçün lider olmaq stimulu

Futbol
Tarix: 2018-12-06 13:00

1992-ci ildən Azərbaycan milli çempionatı kimi keçirilən Azərbaycan Kuboku. Onun da 26-cı mövsümü start verilir. Düzdür, kubok çempionatdan adətən ən azı 2 ay sonra başlayır. Ancaq bu dəfə turnirin startı xeyli yubandı. Bu da onunla bağlıdı ki, kubok iştirakçılarının sayı uzun müddət qeyri-müəyyən olaraq qalırdı.

 

Məlumdu ki, bu turnirdə Premyer Liqayla yanaşı, I Divizion təmsilçiləri də də mübarizə aparmaq hüququna malikdir ki, məhz onlarla bağlı qeyri-müəyyənlik vardı. Əvəzedicilər də bu mövsümdən I Divizionda çıxış etsələr də, onların kubokda iştirak etməyəcəyi əvvəldən bəlli idi.

 

Xeyli çək-çevirdən sonra I Divizionun 3 iştirakçısının ölkə Kubokunda yarışmaqda imtina etməsi bilindi. Bunar arasında lider MOİK-in olması xüsusilə gözlənilməz odu. Premyer Liqaya çıxmağa ən real namizəd olan "hərbçilər" avrokuboklara çıxmağa imkan verən yarışdan imtina etdilər. Digərləri isə əyalət klubları - "Zaqatala" və "Turan Tovuz" oldu. Aşağı liqa təmsilçilərilərindən "Ağsu", "Kəpəz", "Qaradağ Lökbatan" və "Şüvəlan" isə kubok iştirakçıları sırasındadı. 

 

Beləliklə, bu dəfə 1/16 final mərhələsi, yəni I Divizion klublarının öz aralarındakı matçlarla start olmayacaq və mübarizə bu gün birbaşa 1/8 finaldan başlayacaq. Qalibin müəyyənləşdiyi bu mərhələnin matçlarında intriqanı saxlamaq üçün qarşılaşmalar zəfilərin, yəni I Divizion klublarının meydanına salınıb. Ancaq istənilən halda, favortlər qonaqlardı və sensasiya baş verməzsə, kubokda əsas mərhələnin başladığı 1/4 finalda Topaz Premyer Liqa (TPL) təmsilçilərini görə biləcəyik. Orda isə cütlüklər belə nəzərdə tutulub ki, "Neftçi" "Sumqayıt"a, "Zirə" "Səbail"ə, "Qəbələ" "Sabah"a, "Qarabağ" "Keşlə"yə rəqib olacaq. Artıq bu ayda, ilə yekun vuracaq qarşılaşmalar ilk olaraq adları göstərilən komandaların meydanında keçiriləcək. Bu yerdə onu da bildirək ki, "Qarabağ" "Qəbələ", "Neftçi" və "Zirə" ötən çempionatda ilk 4 yeri tutduqlarından kubokda mübarizəyə birbaşa 1/4 finaldan qatılmaq hüququ qazanıblar. 

 

Məlumdu ki, "Qarabağ" TPL-də son 5 mövsümün çempionu olsa da, kubokda bir qədər fərqli mənzərədi. Yəni, 2014-cü ildə bu yana Qurban Qurbanovun komandası yalnız 3 mövsümdə kuboku da qazanaraq mövsümü "qızıl dubl"la bitirib. Qurbanovun çempion olduğu ilk və son mövsümdə - 2014 və 2018-ci illərdə kubokun qalibləri müvafiq olaraq "Neftçi" və "Keşlə" olub. Sonunculara titulunu qorumaq bu dəfə çox çətin olacaq. Çünki Tərlan Əhmədovun komandasını artıq 1/4 finalda "Qarabağ"la ağır duel gözləyir.  Özü də onu da nəzərə alaq ki, Ağdam təmsilçisi son turda "Keşlə"ni darmadağın edib - 5:1.

 

Azərbaycan Kubokunda arxada qalan 25 mövsümdə turnirin ən çox qazananlar arasında ikili hegemonluqdu. Belə ki, "Qarabağ"la "Neftçi" hamıdan çox - hərəyə 6 dəfə bu mükafatı başı üzərinə qaldırıb. İlk baxışdan nə qədər qəribə görünsə də, onların ən yaxın izləyicisi hazırda turniri qazanmağa ən az şanslılardan olan "Kəpəz"di. Gəncə klublu yaxşı vaxtlarında - XX əsrdə 4 dəfə bu titulu qazanıb. Artıq tarixin yaddaşına köçən "Xəzər Lənkəran"la "Bakı" hərəyə 3 dəfə kubok sahibi olub. "İnşaşatçı", "Şəfa" və "Keşlə" hərəyə 1 dəfə bu turniri qazanıb. 

 

Bu dəfə cəmi 12 komandanın iştirakçısı olduğu ölkə Kubokunda, çempionatdakı kimi aşkar favoritlər olan "Neftçi"ylə "Qarabağ" yalnız finalda qarşılaşa bilərlər. Bu isə turnirə marağı daha da artırır. Tarixi derbinin iştirakçılarından kimsə proqnozları doğruldaraq 26-c Azərbaycan Kubokunun qalibi olarsa, deməli, rəqibini keçərək yeni liderə çevriləcək.

 

El sözləri Qurban Qurbanov haqda da demək olar. Belə ki, millimizi də çalışdıran 46 yaşlı mütəxəssis kuboku 4 dəfə (hamısı da "Qarabağ"la) qazanaraq buna ən çox nail olan baş məşqçilər arasında şərikli tekordçudu. Digəri "Kəpəz"lə bunu əldə edən, artıq xeyli vaxtdı məşqçilikdən kənarda qalan təcrübəli mütəxəssis Mehman Allahverdiyevdi. Qurbanov 5-ci dəfə kuboku qazanarsa, baş məşqçilər arasında yeni lider olacaq. "Neftçi"nin baş məşqçisi Roberto Bordin isə kuboka sahib çıxsa, həm  Azərbaycanda debüt mövsümünü titulla bitirəcək, həm də adıçəkilən turniri qazanan ilk italiyalı mütəxəssis olacaq. 

 

 

MEHMAN SÜLEYMANOV

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB