TOP 10

AFFA-nın layihəsi Xaçmazda həyata keçirilib

Futbol
Tarix: 2018-12-06 12:24

Dekabrın 5-də Xaçmaz Olimpiya İdman Kompleksində “Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi çərçivəsində idman tədbiri keçirilib. Sport24.az AFFA və Xaçmaz rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə AFFA-nın I vitse-prezidenti, Uşaq-Gənclər Futbol Federasiyasının prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin Azərbaycan üzrə rəhbəri, millət vəkili Rauf Əliyev, millət vəkili İlham Əliyev, Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Samir Nemətov, YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev, Rayon Təhsil şöbəsinin müdiri Mədinə Gülməmmədova, Rayon Gənclər və İdman İdarəsinin rəisi Elman Məmmədov və layihənin kordinatoru Kərim Ağayev iştirak ediblər.

 

Qeyd olunub ki, indiyədək layihə çərçivəsində müxtəlif bölgələrdə gerçəkləşdirilmiş tədbirlərdə 25 mindən artıq uşaq iştirak edib. Uşaqlara müxtəlif idman ləvazimatları paylanılıb, onların təqdimatında müxtəlif idman hərəkətləri izlənilib. Tədbirin sonda xatirə şəkli çəkdirilib. 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB