TOP 10

Millimizin rəqibləri bilinir

Futbol
Tarix: 2018-12-06 11:02

Bu gün 19 yaşadək futbolçulardan ibarət yığma komnadalar arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi keçiriləcək. Sport24.az xəbər verir ki, püşk zamanı C səbətində yer alan Azərbaycan millisinin də rəqibləri müəyyənləşəcək.

 

İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 14:00-da başlayacaq. Tədbirdə 28 komanda 7 qrupa bölünəcək.

 

A səbəti: Portuqaliya, Almaniya, Yunanıstan, İspaniya, İtaliya, İrlandiya, Fransa

 

B səbəti: Şotlandiya, Serbiya, İsrail, Rusiya, Çexiya, Macarıstan, Hollandiya

 

C səbəti: İngiltərə, Ukrayna, Türkiyə, Uels, İsveçrə, Azərbaycan, Norveç

 

D səbəti: Belçika, Xorvatiya, Rumıniya, Sloveniya, Danimarka, Polşa, Kipr

 

Qeyd edək ki, elit-raundun oyunları 2019-cu ilin yazında keçiriləcək. Qalib komandalar Ermənistanda keçiriləcək final mərhələsinə yüksələcək.

 
15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB