TOP 10

Quliyevin komandası “Krasnodar”la heç-heçəyə razılaşdı

Dünya Futbolu
Tarix: 2018-12-06 09:33

Futbol üzrə Rusiya Kubokunda 1/4 final mərhələsinin ilk oyunları keçirilib. Sport24.az xəbər verir ki, azərbaycanlı futbolçu Ayaz Quliyevin formasını geyindiyi “Rostov” da bu turnirdə növbəti matçına çıxıb.


Sözügedən kollektiv səfərdə “Krasnodar”la üz-üzə gəlib. Dörd qolun qeydə alındığı qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.


Ayaz bu görüşün iştirakçısı olmayıb. O, matçın sonunadək ehtiyatda qalıb.


Bu komandalar arasındakı cavab matçı 2019-cu ilin fevral ayında keçiriləcək.
 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB