TOP 10

Premyer Liqa klubları darmadağınla 1/4 finalda

Futbol
Tarix: 2018-12-06 18:55

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2018/19 mövsümünə start verilib. Sport24.az xəbər verir ki, 8 komandanın iştirakı ilə keçiriləcək 1/8 final mərhələsində 4 oyun baş tutub. 


Bu mərhələdə üz-üzə gələcək cütlərdən yalnız biri əvvəllər kubokda görüşüb. Söhbət “Şüvəlan” - “Keşlə” cütündən gedir. Lakin bu klublar da əvvəlki adlarının dövründə qarşılaşıblar. 2010/11 mövsümündə “Şüvəlan” AZAL, “Keşlə” isə “İnter” adlandığı zaman üz-üzə gəlib. Yarımfinalda qarşılaşan komandaların duelində ilk oyun qolsuz başa çatsa da, cavab görüşündə “İnter” 1:0 hesabıyla qalib gəlməklə finala yüksəlib. Elə bu dəfə də elitada mübarizə aparan “Keşlə”nin mərhələ adlaması gözlənilirdi. Belə də olub. Elita təmsilçisi darmadağınla mərhələ adlayıb.


Digər cütlər isə tarixlərində ilk dəfə ölkə kubokunda üz-üzə gəliblər. “Sabah” “Ağsu”nu, “Sumqayıt” “Qaradağ Lökbatan”ı, “Səbail” də “Kəpəz”i mübarizədən kənarlaşdırıb. Premyer Liqa klublarının hər biri divizion təmsilçilərini darmadağınla keçib.


Azərbaycan Kuboku
1/8 final mərhələsi

6 dekabr


Ağsu – Sabah 0:3
Qol: B.Soltanov, 6. V.Kvaşuk, 26. E.Qasımov, 75.
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov.
Ağsu şəhər stadionu, 13:30.


Ağsu: 1. Ramil Kərimov, 13. Ruslan Mirzalıyev, 4. Elçin Həşimov (k), 20. Nahid Zülfüqarov, 3. Fərrux Rəhimov, 19. Ramil Əliyev, 15. Vüsal İbrahimov, 7. Elnur Səmədov, 2. Yunis Muxtarlı, 6. Sahib Cümşüdov, 18. Əli Əlizadə.
Ehtiyat oyunçular: 12. Şamo Həsənov, 14. Nicat Əhmədov, 11. Rəsul İbrahimov, 9. İbrahim Qədiyev, 8. Orxan Quliyev, 17. Coşqun Süleymanov, 5. Məhərrəm Həsənov.
Baş məşqçi: Rüfət Quliyev.
Sabah: 1. Tərlan Əhmədli, 25. Vanderson Silva, 2. Ülvi İbazadə, 14. Tural Qürbətov, 88. Elçin Əsədov, 3. Elvin Bədəlov, 77. Şakir Seyidov, 12. Zahid Mərdanov, 7. Vitali Kvaçuk, 6. Vadim Abdullayev, 27. Bəxtiyar Soltanov (k).
Ehtiyat oyunçular: 96. Aydın Bayramov, 39. Əlibəy Məmmədli, 45. Tolqar Yaqubov, 97. Emil Qasımov, 21. Novruz Məmmədov, 33. Eltun Turabov, 87. Elçin Mustafayev.
Baş məşqçi: Elşad Əhmədov.


Kəpəz - Səbail 0:4
Qol: T.Kitanovski, 11. A.Qurbanlı, 41. O.Qurbanlı, 62. A.Ramazanov, 77.
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov.
Gəncə şəhər stadionu, 13:30


Kəpəz: 1. Novruz Rəhimov, 6. Məhərrəm Hüseynov (k), 4. Qaraxan Əliyev, 20. Kənan Allahverdiyev, 9. Talıb Rzayev, 7. Fərid Məmmədov, 13. Şöhrət Quliyev, 8. Dieqo De Souza, 10. Ruslan Süleymanov, 11. Elgün Orucov, 14. Şəfi Bağırov.
Ehtiyat oyunçular: 22. Ruzi Abdullayev, 21. Elcan Rəhimov, 17. Nicat Verdiyev, 19. Eltac Mirzəyev, 3. İsmayıl Məmmədov, 15. Sənan Həsənov, 18. Fərid Bayramov, 5. İlkin Verdiyev, 24. Əli Hacıyev, 25. Ümid Səmədov, 27. Fərid Əsədli.
Baş məşqçi: Etibar İbrahimov.
Səbail: 25. Elxan Əhmədov, 4. Enrike Perilyo, 13. Şəhriyar Rəhimov (k), 17. Elçin Rəhimli, 18. Aqşin Qurbanlı, 26. Kamal Qurbanov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 70. Ürfan İsmayılov, 88. Orxan Qurbanlı, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 50. Fərhad Vəliyev, 8. Yevgeni Koçuk, 27. Emil Martinov 10. Ağabala Ramazanov, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.


Qaradağ Lökbatan - Sumqayıt 0:4
Qol: N.Qurbanov, 14. S.Əhmədov, 29. Ü.İsgəndərov, 69; 86.
Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 13:30.


Qaradağ Lökbatan: 90. Anar Məhərrəmov, 3. Güləli Mehrəliyev, 6. İlkin Abdullayev, 5. Xəyal Əmirli, 77. Tunar Mütəllimov, 22. Taleh İsgəndərov, 7. Bəhruz Teymurov, 10. Tofiq Mikayılov, 11. Rövşən Şahmuradov, 9. Camal Camalov, 8. Aqşin Muxtaroğlu (k).
Ehtiyat oyunçular: 12. Sərxan Osmanov, 28. Fazil Hüseynov, 18. Rəşadət Quliyev, 16. Nurlan Cəfərov, 21. Murad Mamalıyev, 27. İlqar Nuruşov, 17. Pərviz Həsənov, 14. Niyazi Qasımzadə.
Baş məşqçi: Elçin Dərgahquliyev.
Sumqayıt: 15. Orxan Sadıqlı, 2. Rail Məlikov (k), 4. Şəhriyar Əliyev, 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 21. Arif Daşdəmirov, 26. Elvin Dəmirov, 44. Qvanzav Maqomedov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov, 7. Cavid Tağıyev, 8. Orxan Əliyev, 11. Atilla Yıldırım, 14. Bəxtiyar Həsənalızadə, 22. Əfran İsmayılov, 39. Tural Bayramlı, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev.
Baş məşqçi: Ayxan Abbasov.


Şüvəlan - Keşlə 0:3
Qol: Ə.Ələkbərli, 47-öz qapısına. V.Cavadov, 50-pen. A.Klennon, 85.
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Şüvəlan. “AZAL Arena”, 17:00.


Şüvəlan: 13. Əli Həsənli (k), 8. Fərid Səmədzadə, 55. Murad Hüseynov, 23. Nodar Məmmədov, 98. Əzəmət Ələkbərli, 5. Hüseyn Əliyev, 4. Akif Tağıyev, 91. Elçin Əliyev, 10. Elvin Adışirinli, 77. Kənan Mirzəliyev, 17. Rəhman Musayev.
Ehtiyat oyunçular: 45. İmran Məhərrəmov, 9. Qara Qarayev, 7. Vüsal Buludlu, 27. Samir Əliyev, 22. Emil Rzayev, 99. Raul Süleymanzadə, 29. Riad Abbaszadə, 38. Azər İsmayılov, 6. Əliseyran Eyvazov.
Baş məşqçi: Aqil Nəbiyev.
Keşlə: 30. Davud Kərimi, 2. Sərtan Taşkın, 65. Cabir Əmirli, 33. Tərlan Quliyev (k), 90. Ebrima Sohna, 93. Edvinas Girdvainis, 94. Seymur Əsədov, 7. Vaqif Cavadov, 17. Samir Məsimov, 21. Herve Tçami, 11. Bahodir Nasimov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 18. Ruslan Əmircanov, 10. Ruslan Nəsirli, 88. Məmməd Quliyev, 78. Elmir Rəhimzadə, 71. Emin Quliyev, 9. Amil Yunanov, 4. Slavik Alxasov, 14. Andre Klennon, 80. Diallo Quydileye, 31. Georgios Georgiadis, 23. Conatan Ayite.
Baş məşqçi: Tərlan Əhmədov.

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB