TOP 10

"Neftçi"nin futbolçusu qış çempionluğunun əhəmiyyətindən danışdı: "Heç vaxt bu qədər çox qol vurmamışdım..."

Futbol
Tarix: 2018-12-05 19:00

"Neftçi"nin futbolçusu Anton Krivotsyuk klubunun rəsmi saytına müsahibə verib. Sport24.az xəbər verir ki, "Sumqayıt”la oyuna hazırlıqla bağlı danışan gənc nmüdafiəçi Yeni ili ailəsi ilə birlikdə keçirmək istədiyini bildirib.

 

- "Sumqayıt”la oyuna hazırlıq necə keçir?

- Digər oyunlara olduğu kimi, "Sumqayıt”la matça da hazırlıq tam sürətlə davam edir.

 

- Artıq qış çempionusunuz...

- Bəli. Amma qış çempionu olmaq daha çox o baxımdan əhəmiyyətlidir ki, mənə və komanda yoldaşlarıma təzyiq azalır.

 

- Bu mövsüm artıq iki dəfə rəqib qapılarından top keçirmisiniz...

- Bəli. Heç vaxt bu qədər çox qol vurmamışdım... (gülür)

 

- Hiss edirsiniz ki, oyununuzu daha da yaxşılaşdırmısınız?

- Hələ ki, hiss etmirəm. Deməli, az çalışmışam. Daha da çox işləmək lazımdır.

 

- Növbəti rəqib "Sumqayıt” haqda nə deyə bilərsiniz?

- Bu komanda hələ nəyə qadir olduğunu göstərməyib. "Sumqayıt” oyundan-oyuna daha da inamlı çıxış edir.

 

- Yeni ili harada keçirmək istəyirsiniz?

- "Sumqayıt”la oyunu başa vuraq, sonra bu haqda düşünmək olar. Yeni il ərəfəsində həmişə bayram əhval-ruhiyyəsində oluram. Bayramı harada qeyd edəcəyimi hələ bilmirəm. Amma bir şey dəqiqdir ki, Yeni ili ailəmlə birlikdə keçirmək istəyirəm.


 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB