TOP 10

Araz Abdullayevin sabiq komanda yoldaşı millimizi arzuolunmaz rəqib sayır: "Bu yığmanı da qiymətləndirməyə bilmərik"

Futbol
Tarix: 2018-12-05 14:28

Slovakiya millisinin futbolçusu Mixal Dyuriş AVRO-2020-nin seçmə mərhələsinin püşkünün dəyərləndirib. Sport24.az xəbər verir ki, Kiprin "Anortosis" klubunun 30 yaşlı hücumçusu onları maraqlı bir qrupda mübarizə gözlədiyini bildirərək, millimizə də qiymət verib: 

 

30 yaşlı hücumçu yerli federasiyanın rəsmi saytına açıqlamasında AÇ-2020-nin seçmə mərhələsinin püşkünü dəyərləndirib. Uels və Macarıstanla oyunların onun üçün daha maraqlı olduğunu bildirən "Anortosis"in futbolçusu yığmamızla matçın asan olmayacağını qeyd edib: Uelsə rəqib olmağımız mənim üçün təəccüblü oldu. Çünki yığmayla son Avropa çempionatının final mərhələsində də bir qrupa düşmüşdük. Uelsdən məğlubiyyətin revanşını almalıyıq ki, bu amil məni həvəsləndirir. Macarıstanla görüşlərimiz özüm, xüsusən azarkeşlər üçün çox maraqlıdı. Sonuncu rəqibimiz olan Azərbaycan arzuolunmaz komandadı. Bu yığmanı da qiymətləndirməyə bilmərik".

 

Qeyd edək ki, Dyuriş millimizin Araz Abdullayevlə ötən mövsümün ikinci yarısında "Anortosis"də komanda yoldaşı olub. 


 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB