898
886
848
836
831
823
814
811
803
800
2259
1517
1446
1331
1304
1273
1175
1152
1130
1129
"Hesab edirəm ki, püşkün nəticəsi bizim üçün normal oldu. Məlum şeydir ki, bir aşkar favorit var, bu da Xorvatiya yığmasıdı. Onlar qrupda bütün komandalardan üstündü. İkinci aşkar güclü yığma isə yoxdu". Bu fikirləri Sport24.az-a açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov bildirib.
Millimizin AVRO-2020-nin seçmə mərhələsindəki püşkünün nəticəsini dəyərləndirən təcrübəli mütəxəssis hesab edir ki, final mərhələsinə vəsiqə verən 2-ci yer uğrunda aşkar favorit yoxdu: "Uels, Slovakiya və Macarıstan Avropanın orta səviyyəli yığmalarıdı. Bunu Millətlər Liqasında da göstərdilər. Bu yığmaların hamısıyla vaxtilə oynamışıq. Fikrimcə, oyun üslubları qalıb. Sadəcə, futbolçular dəyişilib. Gənc oyunçular inkişaf edəndən sonra komandalar nəticə verirlər. Ancaq bu 3 yığmada daimi nəticə olmur. Ara-sıra dünya, Avropa çempionatının final mərhələsinə düşürlər. Yadımdadır ki, Slovakiya millisi 2010-cu ildə tarixində ilk dəfə dünya çempionatına düşmüşdü. Onda baş məşqçisi hazırda Gürcüstan millisini çalışdıran Vladimir Vayss idi. Onun adını daşıyan oğlu da yığmada oynayır. Çalışacaqlar, istəkli olacaqlar. Ancaq hamısının oyun üslubunu bilirik və hamısıyla oynamaq olar. Söhbət oyundan gedir. Bunun üçün hərfətəfli hazır olmaq lazımdı".
Təqvimə də nəzər salan Mircavadov 6 komandalı qrupa düşməyimizi arzulayırmış: "Ancaq başqası 5 komandalı qrup istəyə bilər. Aydın məsələdi ki, hər insanın öz fikri var. Sonda 5 komandalı qrupa düşdük. Deməli, elə olacaq ki, 3 gündəki bəzi qoşa matçlardan azad olacağıq. Bu da bizə o mənada xeyirlidi ki, hazırlaşmağa vaxtımız çox olacaq. Keyfiyyətli hazırlaşmaq və oynamaq lazımdı. Birinci məqsədimizi bilməyik ki, millimiz nə qədər hazırdı, hara qədər gedə bilər, sonra iş görmək lazımdı. Bunu isə futbolçuları, rəqibi analiz edəndən sonra həyata keçirməliyik. Belə götürəndə, seçmə mərhələyə az qalıb. Deməli, martadək olan 3 aylıq vaxtdan səmərəli istifadə etməliyik".
İndi daha çox müzakirə olunan məsələ millimizin UEFA Millətlər Liqasındakı uğursuzluqdan sonra daha güclü rəqiblərlə seçmə mərhələdə nəyə ümid etməsidi. 71 yaşlı mütəxəssis buna da toxunub: "Söhbəti yoxdu ki, həmin uğursuzlqdan sonra çox ağır olacaq. Ancaq bizdə belə təsəvvür olmasın ki, Millətlər Liqasında bu qrupdan çıxa bilmədiksə, seçmə mərhələdə nə udacağıq. Məsələyə başqa prizmadan baxmalıyıq. Elə oyunlar olub ki, evdə güclü yığmaları udmuşuq. Elə qarşılaşmalar olur ki, baş məşqçi sözünü deyir, çıxır otaqdan, dayanır qıraqda. Futbolçular yığışır, toplarlanır, çıxıb oynayırlar, qələbə qazanırlar. Belə hallar mənim də baş məşqçi karyeramda çox olub. Deyək ki, təcrübəmiz yoxdu. Yox, elə deyil, maşallah, var. Millisinin əsasını təşkil edən "Qarabağ"ın futbolçularının Avropa Liqası, Çempionlar Liqası qrup mərhələsində oynamaq təcrübələri var. Digər milli üzvlərimizin də beynəlxalq təcrübəsi az deyil".
Mircavadov rəqiblərin bizə zəif komanda kimi yuxarıdan aşağı baxmalarıyla razılaşır: "Autsayder olduğumuzdan bizə saymazyanalıq olacaq ki, bundan istifadə etmək lazımdı. Bütün hallarda layiqli oynamalıyıq. İlk olaraq öz oyunumuzu tapmalıyıq ki, hansı stildə oynamalıyıq. Futbol get-gedə daha da inkişaf edir, sürət artır. Baş məşqçi hətta qapıçısından tələb edir ki, əllə, ayaqla 70 metr ötürmə verməlisən. Bir şeyi tələb etmək üçünsə onun üzərində işləməlyik. Bu da klubların məşq prosesinə, futbolçuların hazırlığına gedib çıxır. Bunlar isə bir-birinə zəncirvari bağlı olan şeylərdi".
MEHMAN SÜLEYMANOV
23:08 Avroliqada ilk 1/8 finalçı bəlli oldu
21:00 Azərbaycan çempionatında 2-ci günün qalibləri
20:30 “Qarabağ” “Sabah” üçün hazırlığa başladı
20:00 “Qarabağ”ın Suraxanı-“Bəhramov” marşrutunun səbəbi: “Qazonun istismar müddəti bitib”
19:11 “Sumqayıt”la “Zirə”nin 15-ci dueli
18:41 “Yuventus”un futbolçusu ürəyindən əməliyyat olundu
18:16 Prosineçki ermənilərə meydan oxudu: "Azərbaycan millisi kimidi, 50 oyundan bir təəccübləndirir"
18:00 Danimarkalı mütəxəssis AVİF-in qonağı olub
17:33 19-cu turun hakim təyinatları
17:06 Klublar Komitəsinin iclasının vaxtı açıqlandı
16:47 “İkinci hissədə bir qədər arxayınlaşdıq”
16:17 “Kəpəz”ə gedən yol” təqdim olundu
15:59 Maluda rəsmən İsveçrə klubunda
15:33 İki oyunçu cəzalı durumda
15:17 “Yuventus”da ciddi itki
14:55 Messi İnyestaya çatdı
14:14 Qurban Qurbanov dünyadakı mövqeyini qorudu
14:00 Millimizin rəqibi trinidadlıları seçdi
13:16 Millimizin üzvü: “Fiziki baxımdan bir qədər axsayırıq”
12:53 Təmkin Xəlilzadə ata oldu: “Artıq bir yox, iki sevgilim var”
12:30 Urbonas Sport24.az-a "Qarabağ"a "lakmus parçası" kimi qiymət verdi: "Millinizlə yoldaşlıq görüşündə bizə nəticə də vacib olacaq..."
12:12 "Akademiya kuboku"nda növbəti turun oyunları keçirilib
12:08 AFFA Lisenziyalaşdırma qrupunun üzvləri UEFA seminarında
11:28 Quliyev oynadı, “Spartak” heç-heçəyə razılaşdı
11:21 Ramil Şeydayev: "Aleksandr Səmədov bizə kömək edəcək"
11:00 “Yuventus” hücumçusunu satdı
10:33 “Barselona” Lionda qol vura bilmədi - VİDEO
10:10 Litva millisinin yeni baş məşqçisinin Bakıya 2-ci səfəri: "Siftə"də məğlub yola salınıb
09:30 “Liverpul”un “Bavariya” ilə heç-heçəsi - VİDEO
02:07 Çempionlar Liqasında qolsuz gecə
02:00 "Rubin" Emil Balayevə qol vura bilmədi - VİDEO
00:00 Keçmiş komandalarına qənim kəsilənlər və ya "Qarabağ" yeni lider oldu
23:00 Millimizin baş məşqçisi: “Məşqdəki performansı oyunda görə bilmədik”
22:25 Ramil Şeydayev üçün 77 dəqiqə
20:52 Millimiz Türkiyəyə ilk oyunda məğlub oldu
19:58 Azərbaycan çempionatında ilk günün qalibləri
19:14 Ştuxlik "Bol idman"da danışdı - VİDEO
18:15 AFFA-dan “Səbail”ə 2400 manatlıq cərimə
17:55 “Sportinq”də daha bir erkən vida
17:25 “Neftçi” “Səbail”lə oyuna da Aqilsiz hazırlaşır
17:08 Premyer Liqamızda çıxış edən yeganə litvalı futbolçu: "Kamrana necə qol vurmağı millidəki komanda yoldaşlarıma deyəcəm"
16:40 “Espanyol”dan La Liqada yeni rekord
16:13 Boks millimiz Sofiyada 2 medal qazandı
15:21 Mitreski yubileyini Berlində qeyd edir: "Həm "Neftçi", həm də Bakı qəlbimdədi"
15:02 "Avropa Liqası 2019 Media Cup” start götürəcək
14:40 Şeydayevsiz qələbə
14:09 Turun "5-liy"i: "Neftçi"nin prezidentinin debüt matçından sonra bu olmamışdı...
14:06 AFFA “Keşlə”yə texniki məğlubiyyət verdi
13:40 Birinci Divizionda top və xərək daşıyanlara görə cəzalar
13:28 İsrailli futbolçu milli komandamıza təklif edilib
13:04 İngiltərə klubuna casusluğa görə cəza verildi
12:22 İngiltərə kubokunda 1/4 finalın püşkü atıldı
12:00 Millimizin futbolçusu Türkiyəyə yollandı
11:31 Milli komandada yeni baş məşqçi
11:14 Abbasov Medvedevin özünü yerə atmasına toxundu: "Cərimə meydanında bir-birimizə dəyməyək ki, penalti olacaq?"
11:00 Nani rəsmən ABŞ klubunda
10:34 Erat oynadı, komandası məğlub oldu
09:33 Nəbiyev oynadı, “Slaviya” səfərdən xalsız döndü
02:04 “Mançester Yunayted” “Çelsi”ni 1/4 finala buraxmadı
01:52 “Atletik” səfərdən 3 xalla döndü
01:35 “Borussiya” səfərdə xal itirdi
01:29 “Roma”dan çətin qələbə
00:24 "Zirə"nin futbolçusunun toyu oldu - FOTO
00:00 İlk dəfə Azərbaycanda: Hərəyə 1 qələbə, bəs bu dəfə?
‹ | › | |||||
B.e | Ç.a | Ç | C.a | C | Ş | B |