TOP 10

Yeni katib növbəti toplantının son tarixini açıqladı: “Novruz bayramınadək mütləq iclasımız olacaq”

Futbol
Tarix: 2018-12-05 13:00

“Klublar Komitəsində vəzifəmin sadəcə, adı dəyişib. Bunadək koordinator idim, indi katib oldum. Mətbuatdan oxudum ki, bu ideyanı Elxan Məmmədov verib, buna görə belə olub. Ancaq əslində, bu təklif klublarından birindən gəlib və məsələ səsvermə yoluyla həllini tapdı. Yəni, burda təyinat söhbəti olmayıb”. Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA-nın Klublar Komitəsinin (KK) katibi Zaur Hacı-Məhərrəmov bildirib.  

 

Adıçəkilən komitənin son iclasında sədr seçkisi baş tutmayıb ki, buna səbəb sədrlik sisteminin katibliklə əvəzlənməsidi. Dəyişiklik quruma üzv klubların təklifi əsasında reallaşıb. Nəticədə Klublar Komitəsinin ilk katibliyi bunadək qurumda koordinator kimi fəaliyyət göstərən Zaur Hacı-Məhərrəmova həvalə olunub. O, bizimlə söhbətdə təklifin hansı klubdan gəldiyini açıqlayıb: “Təklif “Qarabağ”ın baş meneceri Asif Əsgərovdan gəldi. Hamı da buna müsbət baxdı. İşin çoxluğuyla əlaqədar heç kim sədr olmaq istəmədi. Dedilər ki, keçək katiblik sisteminə, bu, daha yaxşı olar. Əsgərovun təklifi səsə qoyuldu və bu, yekdilliklə qəbul olundu. Yəni, bunun baş katiblə heç bir əlaqəsi yoxdu. Prinsipcə, mənim üçün heç nə dəyişmir. Komitədə bunadək nə iş görmüşəmsə, bundan sonra da onu edəcəm. Sadəcə, bütün məsələlərlə bağlı klubları artıq mən yığacam”. 

 

Katibdən komitənin növbəti iclasın vaxtı, qarşıdakı planlar haqda da soruşduq: “Açığı, növbəti iclas haqda hələ heç bir müzakirə olmayıb. Artıq bu ili yekunlaşdırdıq, növbəti toplantımız gələn ilin ilk dekadasında olacaq. Hər şey vacib məsələlərin yığılmasından asılı olacaq ki, buna uyğun hərəkət edəcəyik. Bir neçə məsələ yığılıbsa, deməli, artıq yığışmaq vaxtıdı. Yəni yığışmaq xatirinə yığışmayacağıq. Bir məsələyə görə bir araya gəlmək və ya özümüzə demək ki, ildə 5-6 dəfə görüşməliyik, bu, mənasızdı. Müzakirə üçün yetərincə məsələ olmalıdı ki, toplaşaraq iclasda bunları müzakirə edəsən. İndidən onu deyə bilərəm ki, Novruz bayramınadək mütləq iclasımız olacaq”.

 

Qeyd edək ki, sonuncu sədri "Neftçi"nin prezidenti olduğu KK-nin katiblik sisteminə keçid məsələsi AFFA İcraiyyə Komitəsinin iclasında təsdiqlənməlidi. 

 

 

MEHMAN SÜLEYMANOV
 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB