TOP 10

“Monako” və “Lill”dən səfər qələbəsi

Dünya Futbolu
Tarix: 2018-12-05 02:32

Futbol üzrə Fransa çempionatında 16-cı tura start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib.


15-ci turda öz meydanında “Monpelye”yə 1:2 hesabıyla məğlub olan “Monako” səfərdə “Amyen”in qonağı olub. Tyerri Anrinin çalışdırdığı kollektiv səfərdə inamlı qələbəyə sevinib.


Günün digər qarşılaşmasında turnir cədvəlində 2-ci və 4-cü yerləri bölüşən “Monpelye” ilə “Lill” münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə də qonaqlar minimal hesabla üstün olublar.


Fransa Liqa 1
16-cı tur

4 dekabr


Amyen - Monako 0:2
Qol: Falkao, 43-pen; 90-pen.


Nitsa - Anje 0:0


Monpelye - Lill 0:1
Qol: Pepe, 6.


5 dekabr


22:00 Bordo - Sent-Etyen
22:00 Kan - Nim
22:00 Dijon - Genqam
22:00 Olimpik (Lion) - Renn
22:00 Nant - Olimpik (Marsel)
22:00 Reyms - Tuluza
00:00 Strasburq - PSJ

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB