TOP 10

"Astana"dan Qriqorçukun qayıdışı ilə bağlı rəsmi açıqlama

Futbol
Tarix: 2018-12-04 20:18

"Astana" Roman Qriqorçukun baş məşqçi postuna qayıdışıyla bağlı yayılan xəbərə aydınlıq gətirib. Sport24.az xəbər verir ki, Ukrayna mətbuatında "Qəbələ"nin 53 yaşlı sabiq çalışdırıcısının Qazaxıstan çempionunun "sükanı arxası"na dönüşüylə bağlı məlumat gedib.

 

Bildirilir ki, Qriqorçuk yaxında yenidən "Astana"nın baş məşqçisi olacaq və və bunadək onu əvəzləmiş erməni çalışdırıcı Qriqori Babayan köməkçisi kimi işini davam etdirəcək. Klubun mətbuat xidməti buna rəsmi açıqlama verib: "Komandanı Avropa Liqasında "Renn"lə oyuna Qriqori Babayanın rəhbəriiyi altında məşqçilər korpusu hazırlayır. Qrup mərhələsi bitəndən sonra klubun rəsmi saytında Roman Qriqorçukun məhz nə vaxt işini görməyə başlayacağı haqda informasiya yerləşdiriləcək".

 

Qeyd edək ki, ukraynalı mütəxəssis avqustda Çempionlar Liqasında Zaqreb "Dinamo"suna uduzaraq mübarizədən kənarda qalandan sonra ailə məsələləri ilə əlaqədar klubdan gedib. Bundan sonra Babayanın rəhbərliyi altında Avropa Liqasının qrupuna düşən "Astana"nın pley-offa çıxmaq şansı var. Komanda Qriqorçukun yoxluğunda eyni zamanda ardıcıl 5-ci dəfə ölkə çempionu olub.

  


 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB