TOP 10

Dünya və Avropa çempionu Bakıda futbol festivalında - FOTOLAR

Futbol
Tarix: 2018-12-04 19:54

2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqası turnirinin final oyununa hazırlıq kampaniyası çərçivəsində Bakıda səfərdə olan dünya və Avropa çempionu Rober Pires Bakı Olimpiya Stadionunda aşağı yaş qruplarından ibarət komandalarda çıxış edən uşaqlar üçün təşkil olunan futbol festivalında iştirak edib. Sport24.az xəbər verir ki, karyerası ərzində bir sıra məşhur klublarda çıxış etmiş fransalı veteran futbolçu R.Pires AFFA-nın baş katibi Elxan Məmmədov, veteran futbolçu, UEFA Avropa Liqasının 2019-un səfiri Vəli Qasımov və AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Cahangir Həsənzadə ilə birlikdə uşaqların məşqini izləyib. 


UEFA Avropa Liqasının 2019-un final qarşılaşmasının keçiriləcəyi Bakı Olimpiya Stadionu ilə tanış olan fransalı qonaq uşaqlarla şəkil çəkdirib, onlara avtoqraf verib. 


Tədbirin sonunda Bakı Olimpiya Stadionunda jurnalistlər üçün brifinq keçirilib.

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB