TOP 10

Dadaşovun baş məşqçisi: "Rüfətsiz bizə çox çətindi"

Futbol
Tarix: 2018-12-04 18:30

Azərbaycan millisinin futbolçusu Rüfət Dadaşovun zədəli olması çıxış etdiyi Almaniyanın "Proyssen" klubunun baş məşqçisi Marko Antverpeni çətin vəziyyətə salıb. Sport24.az xəbər verir ki, 47 yaşlı almaniyalı mütəxəssis hücumçumuzun yoxluğunda ön xətdə problem yaşadıqlarını etiraf edib: “Komandada  istənilən itki dərhal seçim etməkdə gərginliyə səbəb olur. İstəyirik ki, heyətimizdə hər şey qaydasında olsun. Ancaq Rüfət Dadaşov və Tobias Rulyesiz bizə çox çətindi. Əsas Bundesliqa klubu deyilik ki, istənilən futbolçunu əvəzləmək imkanımız olsun”.
 

Qeyd edək ki, millimizin son toplanışından zədəli qayıdan Rüfət III Bundesliqanın XVI turunun Braunşveyq "Ayntraxt”ıyıa matçda yenidən xəsarət alıb. Əzələsində problem aşkarlanan 28 yaşlı forvard üçün bu il erkən bitirib.  

 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB