TOP 10

AFFA Dabonun "qırmızı"sını ləğv etmədi, "Neftçi"ni rəsmisinə görə 16 min manat cərimələdi

Futbol
Tarix: 2018-12-04 17:20

AFFA İntizam Komitəsi (İK) "Neftçi"nin rəsmisi Ceyhun Sultanovu ağır cəzalandırıb. Sport24.az xəbər verir ki, qurum bu klubun idman direktoru Ceyhun Sultanovu Kütləvi İnformasiya Vasitələrində hakimlər haqqında təhqiredici ifadələr işlətdiyinə görə 10 oyun cəzalandırıb, klub 16000 manat cərimələyib. 

 

İK Topaz Premyer Liqasının XIII turunun “Sabah” – “Neftçi” matçında ikici vərəqəyə görə meydandan çıxarılan futbolçuları - meydan sahiblərindən Vanderson Silvanı, qonaqlardan Tural Axundovla Baqali Dabonu eyni cəzaya - hərəyə 1 oyunluq cəzaya və 200 manatlıq cəriməyə məruz qoyub. Göründüyü kimi, Dabonun 2-ci "sarı"sı ləğv olunmayıb. “Neftçi”nin azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılıb. “Sabah”ın təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan “Neftçi" tərəfindən ödənilməsi haqda qərar çıxarılıb.

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB