TOP 10

PFL Azərbaycan Kuboku oyunlarının vaxtlarında dəyişiklik etdi

Futbol
Tarix: 2018-12-04 16:00

Azərbaycan Kubokunun 1/8 final qarşılaşmalarının başlama saatlarında dəyişiklik edilib. Sport24.az xəbər verir ki, “Ağsu – Sabah”, “Kəpəz- Səbail” və “Qaradağ Lökbatan” – “Sumqayıt” matçları planlaşdırıldığı kimi saat 14:00-da deyil, 13:30-da start götürəcəklər.

 

Buna səbəb sözügedən gedən stadionlarda işıqlandırma sisteminin olmamasıdı. Bu mərhələdə qalib bir oyunun nəticəsinə görə müəyyənləşdirildiyindən, görüşlərdən hansısa əlavə vaxta, yaxud penalti seriyasınadək davam edə bilər. Peşəkar Futbol Liqası da məhz bu amili nəzərə alaraq, qarşılaşmaların başlama vaxtını saat 13:30-a təyin edib.

 

“Şüvəlan” – “Keşlə” görüşü isə 17:00-da başlayacaq. Bu da “Şüvəlan”ın ev meydançasında işıqlandırmayla bağlı problemin olmamasından qaynaqlanır.

 

Əlavə edək ki, dekabrın 6-da baş tutacaq oyunlardan ikisi “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq. Söhbət “Qaradağ Lökbatan” – “Sumqayıt” və “Şüvəlan” – “Keşlə” görüşlərindən gedir.
 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB