TOP 10

"Sportinq"in baş məşqçisi: "Bu matç "Qarabağ"la Bakıdakı qarşılaşmamızdan daha çətin idi"

Futbol
Tarix: 2018-12-04 15:00

"Sportinq"in baş məşqçisi Marsel Keyzer Bakıdakı qələbəni xatırlayıb. Sport24.az xəbər verir ki, hollandiyalı mütəxəssis Portuqaliya çempionatının XI turunda "Riu Ave" üzərində 5:1 hesablı qələbə qazandıqları görüşdən sonra "Qarabağ" darmadağınından söz salıb.

 

Keyzerin fikrincə, son matç Avropa Liqasındakı səfər qarşılaşmalarından daha çətin olub: "Hərçənd, bizə "Qarabağ"a qarşı da çətin idi. Ancaq böyük hesabla - 6:1 qalib gələ bildik. Bu dəfə isə digər oyun idi. Azərbaycandan qayıtdıq, çox dincəldik və az məşq etdik. Ancaq komanda gücünü qoya bildi ki, bu, ən çətini idi".

 

20 Fevral 2019
19 Fevral 2019
B.eÇ.aÇC.aCŞB