TOP 10

Ozobiç xorvatlara millimiz haqda danışdı: "Qurbanov "Qarabağ"ın oyun üslubunu yığmaya də aşılamağa çalışır, ancaq..."

Futbol
Tarix: 2018-12-04 14:48

"Qarabağ"ın xorvatiyalı futbolçusu Filip Ozobiç öz ölkəsinin mətbuatına müsahibə verib. Sport24.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi AVRO-2020-nin seçmə mərhələsində bir qrupa düşən Xorvatiya və Azərbaycan yığmasının qarşıdakı görüşləri haqda danışıb.

 

- Azərbaycan millisi necə bir komandadı?

- Real danışsaq, Xorvatiya yığması qat-qat füclüdü. Bu haqda onun nəticələri də deməyə əsas verir. Buna baxmayaraq, xorvatlara asan olmayacaq. Matç yetərincə sərt mübarizəyə şahid olacaq.

 

- Bu yığma hansı futbol oynayır?

- Azərbaycan millisi Qurban Qurbanovun rəhbərlyi altında müdafiə olunmayacaq və yerində dayanmayacaq. Onlar qol vurmaı və bunu imkan daxilində daha çox etməyi sevirlər.

 

- Baş məşqçiləri haqda nə deyə bilərsən?

- O, "Qarabağ"la əla nəticələr qazanıb, yaxında isə milli komandanı da götürüb. "Qarabağ"ın oyun üslubunu milliyə də aşılamaq istəyir, buna çalışır. Ancaq buna vaxt lazımdı.

 

- Xorvatiya yığması bu oyun üslubuna uyğən gələcək?

- Fikrimcə, bəli. Açıq futbolu təbliğ edən komandalara qarşı oynamağı sevirik. Bu maraqlı qarşılşamalar olacaq. 

 

 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB