TOP 10

"Sumqayıt" Rusiyadan futbolçu cəlb etdi: "O, 2 mövqedə çıxış edə bilir"

Futbol
Tarix: 2018-12-03 18:00

"Sumqayıt" Rusiyadan baxışa yeni futbolçu cəlb edib. Bu haqda Sport24.az-a məlumat verən komandanın baş məşqçisi Ayxan Abbasov əslən azərbaycanlı olan Mütalib Əlibəyovun düşərgələrində yer aldığını bildirib.

 

21 yaşlı bu müdafiəçi son olaraq "Ximki"də çıxış edib: "Mütalib son mövsümdə Rusiya çempionatının birinci divizionunda xeyli oyun keçirib. Bu liqada artıq mövsüm bitib. Futbolçu bu üzdən son 2 həftədə məşqsiz qalıb. Bildiyiniz kimi, "Sumqayıt" xaricdə Azərbaycana bağlılığı olan futbolçuları axtararaq heyətinə cəlb edir. Ümumi tanışların vasitəsilə belə bir futbolçunun olduğunu öyrəndik və ona dəvət göndərdik. 21 yaşlı Əlibəyov mərkəz müdafiəçisidi, eyni zamanda ön müdafiəçi mövqeyində də çıxış edə bilir. Bu həftə Mütalibə baxaraq qərarımızı verəcəyik. Bəyənsək, qışda təlim-məşq toplanışımıza dəvət edəcəyik. Futbolçu bizə deyib ki, transferini reallaşdırmaq istəsək, keçidində problem yaranmayacaq. Məsələsini klubuyla özü həll edəcək". 

 

Qeyd edək ki, Moskva MOİK-inin yetirməsi, onun gənclər komandasında kapitan olan Mütalib 2017-ci ildə bu klubla müqaviləsini pozaraq "Ximki"yə keçib. Futbolçu Rusiyanın U-18 və U-19 yığmalarında çıxış edib. 

 

 

MEHMAN SÜLEYMANOV

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB