TOP 10

"Lənkəran faciəsi"ndən sonra ən ağır zərbə

Futbol
Tarix: 2018-11-30 12:00

"Qarabağ" 22 illik avrokuboklar tarixində ən ağır ev məğlubiyyətini alıb. Sport24.az xəbər verir ki, bu, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin V turunda "Sportinq"lə Bakı Olimpiya Stadionundakı qarşılaşmada 1:6 hesabıyla məğlubiyyətlə reallaşıb. 

 

Ağdam klubu bundan əvvəl heç vaxt öz meydanında belə böyük top fərqi ilə uduzmamışdı. "Qarabağ"ın bunadək evdə ən ağır məğlubiyyətləri 2 dəfə eyni - 0:4 hesabıyla olub. Bu, 1998/99 mövsümündə Kuboklar Kubokunda "Kopenhagen"ə Tofiq Bəhramov adına Respublika stadionunda və 2017/18 mövsümündə Çempionlar Liqasında "Çelsi"yə Bakı Olimpiya Stadonunda 0:4 hesabı ilə uduzduğu oyunlar idi.

 

“Qarabağ” 6 qol buraxmaqla avrokuboklarda antirekordunu təkrarlayıb. Ancaq səfərdə bu nəticələr 6 cavabsız top buraxmaqla olduğundan ən ağır məğlubiyyətlərdi. Bu, 1998/99 mövsümündə Kuboklar Kubokunda Danimarkada "Kopenhagen"ə, 1 il sonra İntertoto Kubokunda Fransada "Monpelye"yə və ötən il İngiltərədə “Çelsi”yə 0:6 hesablı yenilgiləridi.

 

Qeyd edək ki, Azərbaycan 1994-cü ildən təmsil olunduğu avrokuboklarda ən ağır məğlubiyyətini 1996-cı ilin iyulun 17-də "Xəzri"ylə Kuboklar Kubokunda Polşada "Qutnik"ə 0:9 hesabıyla uduzmaqla alıb. Azərbaycanda ən ağır zərbəmiz isə 2013-cü ilin iyulun 25-də Lənkəranda olub. Bu, İsrailin "Makkabi" (Hayfa) klubunun "Xəzər Lənkəran"ı 8:0 hesabıyla darmadağın etdiyi Avropa Liqasının II təsnifat mərhələsinin cavab matçıdı.

 

15 Dekabr 2018
14 Dekabr 2018
B.eÇ.aÇC.aCŞB