TOP 10

Dünya Kubokuna start verildi

Gimnastika
Tarix: 0000-00-00 00:00

Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarına start verilib. Sport24.az xəbər verir ki, yarışın ilk günü gimnastların halqa və topla fərdi, halqa ilə qrup çıxışları üzrə təsnifat yarışları baş tutacaq.

Yarışların ilk iki günü təsnifat mərhələlərinin nəticələrindən asılı olaraq, həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında çoxnövçülük üzrə qaliblər və ayrı-ayrı alətlər üzrə finalçılar müəyyənləşəcək. Finallar isə turnirin son günü keçiriləcək.

Ölkəmizi turnirin yeniyetmələr proqramında Avropa çempionatının gümüş və bürünc medalçısı Jalə Piriyeva, böyüklərdə isə  Zöhrə Ağamirzəyeva, Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova, Ayşən Bayramova və Elif Zeynep Celep təmsil edirlər.

 

 

CBCsport
22 Yanvar 2020
B.eÇ.aÇC.aCŞB