TOP 10

Avropa birinciliyində daha 3 qələbə

Boks
Tarix: 2018-10-14 13:19

Rusiyanın Anapa şəhərində yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinalçıların adlarına aydınlıq gəlib. Sport24.az xəbər verir ki, 1/4 final mərhələsinin yekununa əsasən Azərbaycan millisinin 3 üzvü də mübarizəni davam etdirəcək.

 

Belə ki, yarımfinala gedən yolda 4 boksçumuz rinqə çıxıb. Onlardan Əli Zamanov (48 kq) Krasimir Churovla (Bolqarıstan) gücünü yoxlayıb. İlk 2 döyüşündə Hayk Alaberkyan (Ermənistan) və Eduard Voskanyanı (Rusiya) məğlub edən idmançımız bu dueldən də qalib ayrılıb. Həmyerlimiz bolqarıstanlı rəqibinə 3:2 (30:27, 28:29, 29:28, 30:27, 27:30) hesabı ilə qalib gəlib. Zamanov final üçün Mixail Taranu (Moldova) ilə döyüşəcək.

 

80 kq çəki dərəcəsində qüvvəsini sınayan Murad Allahverdiyev də yarımfinala vəsiqə qazanıb. 1/8 finalda türkiyəli Əmir Böyükdağı mübarizədən kənarlaşdıran təmsilçimiz növbəti görüşdə Vladislav Novikova (Belarus) tam üstünlüklə qalib gəlib. O, üçüncü qarşılaşmasında Andrey Voyvodinlə (Rusiya) münasibətinə aydınlıq gətirəcək.

 

Digər boksçumuz Əhməd Əhmədov (+80 kq) da görüşü aktivinə yazıb. Serbiyalı Mixail Miliçə tam üstünlüklə qalib gələn boksçumuz 1/4 finalda litvalı Edvin Ostapenkonu 5:0 (30:27, 30:27, 29:28, 30:26, 30:27) hesabı ilə məğlub edib. Əhmədov yarımfinalda macarıstanlı Levent Kisslə qüvvəsini sınayacaq.

 

Bu 3 boksçumuz 1/2 finala yüksəlməklə, özləri üçün ən azı bürünc medalı da təmin ediblər.

 

Onlardan fərqli, Türkeş Mustafayevin (66 kq) 1/4 final qarşılaşması məğlubiyyətlə yekunlaşıb. Həmyerlimiz rusiyalı İqor Kuznetsova uduzub.

 

Qeyd edək ki, Avropa birinciliyində bu gün istirahət günüdür. Yarımfinal görüşləri sabah keçiriləcək.

CBCsport
29 Mart 2020
28 Mart 2020
B.eÇ.aÇC.aCŞB

660 AZN-Ə QƏDƏR
ARTIRILMIŞ BONUS!
DEPOZİTLƏR
KOMİSSİYASIZ!
24/7 DƏSTƏK
XİDMƏTİ
YÜKSƏK
ƏMSALLAR
GÜVƏNLİ
BUKMEKER
BONUS AL